Icma.az
close
up
RU
SOCAR ın prezidenti Rövşən Nəcəf Betsi Berns Korn ilə görüşüb

SOCAR ın prezidenti Rövşən Nəcəf Betsi Berns Korn ilə görüşüb

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

12 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Görüşdə Azərbaycanın həm ABŞ, həm də İsrail ilə müxtəlif sahələr, o cümlədən enerji sektoru üzrə uğurlu əməkdaşlıq əlaqələri məmnunluqla qeyd olunub. "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının enerji sektorunda əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı İsrailin Azərbaycan neftinin əsas ixrac bazarlarından biri olduğu bildirilib, SOCAR-ın İsraildə həyata keçirdiyi layihələrdən bəhs olunub. Bu xüsusda, 2025-ci ildə "Tamar" qaz yatağında SOCAR tərəfindən 10 faiz iştirak payının alındığı, eləcə də SOCAR-ın "Leviathan" yatağının yeni sahəsində bp və İsrailin "NewMed" şirkəti ilə birlikdə qazma işləri aparmaq üçün lisenziyalar əldə etdiyi qeyd olunub.

Görüşdə SOCAR-ın ənənəvi neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, dekarbonizasiya hədəfləri barədə məlumat verilib, "upstream" layihələrində dayanıqlılığa və sosial məsuliyyətdən irəli gələn məsələlərə xüsusi önəm verdiyi bildirilib. Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının önəmi vurğulanıb, bu gün Azərbaycan qazının 10-u Avropa İttifaqının üzvü olmaqla, ümumilikdə 16 ölkəyə nəql edildiyi diqqətə çatdırılıb.

Tərəflər enerji keçidi, rəqəmsallaşma, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Fevral 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri