Icma.az
close
up
RU
SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? “Bu, fors major hal kimi qəbul edilir”

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? “Bu, fors major hal kimi qəbul edilir”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“SOCAR-ın Odessada terminalının olduğunu ilk dəfə bu hadisələr zamanı eşitdim. Ancaq SOCAR 15 ildən artıqdır ki, Ukrayna bazarında fəaliyyət göstərir. Ola bilsin onlar xəbərsiz alıblar, yəni məlumat ictimailəşdirilməyib”.

Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib. 

Onun sözlərinə görə, vurulan yanacaqdoldurma məntəqələrinin və neft bazasının SOCAR-ın mülkiyyətində olması ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur: pizza

“Rusiya ordusunun zərbə endirdiyi yanacaqdoldurma məntəqələrinin və neft bazasından fərqli olaraq, Türkiyədə SOCAR-ın terminalı, zavodları və digər mülklərinin siyahısı tam bəllidir. Mən 30 ildir enerji sahəsi üzrə məlumatların emalı ilə məşğulam, ancaq bütün bu məsələlərin fonunda, bir yerdə məlumata rast gəlməmişəm ki, SOCAR Ukraynada terminal alıb. 

Neft şirkətinin yanacaqdolurma məntəqələrinin bir çoxu lizinqdir. Yəni o əvvəl kiminsə olub, onu indi icarəyə götürüb. Amma misal üçün, bilirəm ki, Dinepr çayı boyunca SOCAR-ın 2 ədəd üzən yanacaqla təminedici gəmisi var. Amma SOCAR-ın Odessada terminalının olduğunu ilk dəfə bu hadisələr zamanı eşitdim. Ancaq SOCAR 15 ildən artıqdır ki, Ukrayna bazarında fəaliyyət göstərir. Ola bilsin onlar xəbərsiz alıblar, yəni məlumat ictimailəşdirilməyib”.

Ekspert vurğulayıb ki, aktiv döyüş şəraitində enerji obyektlərinin vurulması çox zaman fors-major hal kimi qəbul edilir:

“Ukrayna ilə Rusiya arasında aktiv müharibə gedir. Rusiya Ukraynanın enerji obyektlərini vurub. Ukrayna isə Rusiya ərazisində indiyə qədər təqribən 15 fərqli neft ayırma zavoduna zərbələr endirib və qismən onları sıradan çıxarıb. Ancaq bu 3 il 6 ay ərzində, hansısa bir tərəfin beynəlxalq məhkəməyə üz tutduğunu görməmişik. 

Sözün düzü, bu mənim üçün də maraqlıdır ki, tərəflər bir-birinin iqtisadiyyatına, enerji resurslarına ziyan vurur. Ancaq hüquqi olaraq, heç bir şey yoxdur. İsrailin İrana və İranın İsrailə endirdiyi zərbələr zamanı sıradan çıxarılan enerji obyektlərini də nümunə götürə bilərik. Ona görə də, yəqin ki, bu, fors-major hal kimi qəbul edilir. Hər bir ölkənin ərazisində təhlükəsizlik o ölkənin hökumətinə məxsusdur. Ancaq həmin ölkə də təhlükəsizliyə 100 faiz zəmanət vermir”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Avqust 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri