Icma.az
close
up
RU
“Bu, Rusiyaya SOCAR infrastrukturuna qarşı hücumu dayandırmaq siqnalıdır” Fərhad Məmmədov

“Bu, Rusiyaya SOCAR infrastrukturuna qarşı hücumu dayandırmaq siqnalıdır” Fərhad Məmmədov

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya ordusu tərəfindən Ukraynadakı SOCAR obyektlərinə artan hücumlar regionda gərginliyi daha artırıb. Xatırladaq ki, Odessa vilayətində yerləşən neft anbarı və qaz kompressor stansiyası avqustun 7-dən 8-nə keçən gecə beş “Shahed” tipli dronla vurulub. Hücum nəticəsində SOCAR-ın dörd əməkdaşı xəsarət alıb, yanğın baş verib və dizel boru kəməri zədələnib. Bu, SOCAR-ın Ukraynadakı obyektlərinə qarşı Rusiyanın son dövrlərdəki ikinci hədəfli zərbəsidir. Əvvəlki hücumda Orlovka yaxınlığındakı qaz paylama stansiyası vurulmuşdu.

Azərbaycan və Ukrayna Prezidentləri telefon danışığında Rusiyanın bu məqsədyönlü addımını pisləyiblər, daha sonra Prezident İlham Əliyev Ukraynaya 2 milyon dollar dəyərində humanitar yardım göndərilməsi barədə sərəncam verib. Habelə yerli mətbuat etibarlı mənbələrə istinadla hücumların davam edəcəyi təqdirdə Azərbaycanın Ukraynaya silah embarqosunu qaldıracağını yazıb.

Durumu şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, SOCAR infrastrukturu müharibə müddətində heç vaxt hədəf alınmayıb və bu hücumlar planlı hərəkət kimi qiymətləndirilə bilər: “Rusiya tərəfi yüksək dəqiqlikli silahdan istifadə edir, deməli, onlar hara atəş açacağını bilirlər. Hər dəfə Rusiyanın Prezidenti müharibənin gedişi barədə soruşulduqda deyir ki, hər şey plan üzrə gedir. Bu o deməkdir ki, SOCAR infrastrukturu da bu planın bir hissəsi kimi nəzərdə tutula bilər”.

F.Məmmədov əlavə edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Prezident İlham Əliyev öz təcrübəsinə əsaslanaraq belə məsləhət verib: “Silahlı qarşıdurmaları dayandırmaq lazımdır, amma ərazilərdən imtina etmək olmaz. Bakı bu formul əsasında mövqeyini formalaşdırıb”.

O qeyd edib ki, eyni zamanda Ukraynaya humanitar yardım göstərilib: “Bu günə qədər ümumi yardım 42 milyon dollar təşkil edir. Azərbaycan MDB ölkələri arasında Kiyevə göstərilən humanitar yardım üzrə birincidir. Bundan əlavə, ukraynalı uşaqlar mütəmadi olaraq Azərbaycana reabilitasiya üçün gəlirlər”.

Fərhad Məmmədov vurğulayıb ki, “Caliber” nəşrində yayılan məlumatlar (Azərbaycanın silah embaroqsunu qaldırıcağı-red.) Azərbaycandan Rusiyaya açıq siqnal ola bilər: “Mən şübhələnirəm ki, bu Azərbaycan hökumətinin təşkil etdiyi bir sızmadır. Bu, Rusiyaya SOCAR infrastrukturu üzərində bombardmanı dayandırmaq siqnalıdır. Müharibənin başlanğıcından Azərbaycan heç bir silah tədarükü həyata keçirməyib, nə Rusiyaya, nə də Ukraynaya. Bu, həmçinin siqnal ola bilər ki, əgər atəş davam edərsə, Azərbaycan silah tədarükündən imtina mövqeyini yenidən gözdən keçirə bilər. Azərbaycanda həm öz arsenalı kifayətdir, həm də hərbi sənaye kompleksi silah istehsal edir”.

Politoloq əlavə edib ki, altı aydan çoxdur ki, ölkələr arasında yüksək səviyyəli təmaslar demək olar ki, yoxdur, səbəb Rusiya hava hücumundan müdafiəsinin Azərbaycan təyyarəsini vurmasıdır: “Ruslar buna görə üzr istəməyib, məsul şəxslər cəzalandırılmayıb və kompensasiya ödənilməyib. Daha sonra bir-birinə həll edilməyən problemlər əlavə olunub və biz qarşıdurma spiralında irəliləyirik. Azərbaycan - Rusiya münasibətlərində xəbər yoxluğu heç bir zaman münasibətlərin normallaşması demək deyil. Bu dövrlərdən sonra böhranlar baş verir, məsələn, Yekaterinburq hadisələri kimi. Bu da daha böyük eskalasiyaya gətirib çıxarır”.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri