SOCAR Türkiyədə 250 milyon dollara elektrik stansiyası almaq istəyir “Bloomberg”
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən 870 MVt gücündəki Orta Anadolu Təbii Qaz Elektrik Stansiyasını almaq üçün təklif təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, SOCAR “Gama Energy Inc.” şirkətinə 225-250 milyon dollar arasında qeyri-məcburi təklif göndərib. Hər iki tərəf hazırda bu təklif əsasında danışıqları davam etdirməyə razılıq verib. Lakin SOCAR hələ rəsmi, məcburi təklif təqdim etməyib və sövdələşmə yalnız hər iki şirkətin direktorlar şurasının təsdiqindən sonra baş tutacaq.
“Gama Energy” qazla işləyən bu stansiyadan başqa su və külək enerjisi layihələrinə də sahibdir. Ekspertlər hesab edirlər ki, stansiyanın mümkün satışı şirkətin qazla işləyən enerji istehsalından çıxmaq strategiyasının tərkib hissəsidir. Bu addım tənzimlənən qiymət siyasəti səbəbindən qaz operatorlarının mənfəət marjasının daralması fonunda baş verir.
SOCAR-ın bu potensial alışı, onun Türkiyənin böyüyən elektrik enerjisi bazarında aktiv iştirakını genişləndirməyə xidmət edir. Hazırda Azərbaycan Türkiyənin Rusiyadan sonra ikinci ən böyük qaz tədarükçüsüdür və bu ölkə vasitəsilə Avropaya qaz ixrac edir. İstehsalçı müəssisənin alınması isə SOCAR üçün yalnız qaz tədarükçüsü olmaqdan əlavə, elektrik enerjisi bazarından da gəlir əldə etmək imkanı yaradacaq.
Hər iki tərəf – həm SOCAR, həm də “Gama Energy” məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina edib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:SOCAR Türkiyədən 225 milyon dollara elektrik stansiyası aldı
23 Dekabr 2025 12:16
SOCAR 225 milyon dollara Türkiyədə yeni obyekt alır
23 Dekabr 2025 15:13
Türkiyədə istilik elektrik stansiyası yanır
29 Sentyabr 2025 13:54
“OpenAI” “Chrome”u almaq istəyir “Bloomberg”
23 Aprel 2025 12:50
Türkiyədə 250 hotel BAĞLANDI
01 Fevral 2025 17:26
Baxış sayı:62
Bu xəbər 06 May 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















