SOCAR və Qazaxıstan, Rusiyanın neft şirkətləri texnogen qəzalara qarşı birgə təlimlər keçirir
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanın milli neft şirkəti "KazMunayQaz" (KMQ), Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın "Tatneft" şirkəti Qazaxıstanda texnogen qəza halları üzrə birgə təlimlər həyata keçirir.
BAKU.WS xəbər verir ki, Qazaxıstan mətbuatının KMQ-yə istinadən verdiyi məlumata görə, təlimlər Qərbi Qazaxıstandakı "Şərqi Makat" yatağında təşkil olunub.
Tədbirin əsas məqsədi iştirakçı şirkətlər arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək və sənaye təhlükəsizliyi standartlarını yüksəltməkdir.
Bildirilir ki, bu təlimlər Azərbaycan, Qazaxıstan və Rusiyanın neft şirkətləri arasında rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq barədə Memorandum çərçivəsində keçirilir.
Qeyd edək ki, 28 may 2025-ci il tarixində SOCAR, "KazMunayQaz", "Tatneft" və "Uzbekneftegaz" şirkətləri dekarbonizasiya və davamlı inkişaf təşəbbüsləri üzrə əməkdaşlıq sazişi imzalayıb. Bu saziş çərçivəsində qlobal çağırışlara birgə cavab vermək məqsədilə konsorsium yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 29 Avqust 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















