“SOCGOV 2026” beynəlxalq platformada
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA/ISSA) rəsmi saytında DOST Agentliyinin təşkil etdiyi “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu barədə geniş məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, 23 oktyabr 2026-cı il tarixində Xankəndi şəhərində keçiriləcək forum sosial sahədə dialoq, əməkdaşlıq və innovasiyaların təşviqi üçün qlobal platforma rolunu oynayır. Qeyd olunub ki, tədbir iştirakçıları yuxarı səviyyəli müzakirələrdə iştirak etmək, beynəlxalq tərəfdaşlıqları genişləndirmək və sosial xidmətlərin göstərilməsini təkmilləşdirən innovativ həllərlə tanış olmaq imkanı əldə edəcəklər. BSTA-nın saytında forumun tərkib hissəsi olan “AI4DOST Social Award 2026” beynəlxalq müsabiqəsinə müraciətlərin qəbulunun davam etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, sosial sahənin inkişafına töhfə verən qabaqcıl təşəbbüslərin dəstəklənməsi məqsədilə keçirilən müsabiqə 4 əsas kateqoriya üzrə təşkil olunur.
Beynəlxalq assosiasiyanın “SOCGOV 2026” barədə məlumat yayması Azərbaycanın sosial idarəetmə və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi yeniliklərin beynəlxalq platformalarda təqdim olunması baxımından diqqət çəkir. Xankəndidə belə bir beynəlxalq tədbirin keçirilməsi isə forumun yalnız texnoloji və sosial məzmununu deyil, həm də Azərbaycanın yeni inkişaf məkanlarında beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini artırır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 Sentyabr 2026 02:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















