Icma.az
close
up
RU
SOCGOV 2026 Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

SOCGOV 2026 Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Müasir dövrdə sosial xidmətlərin inkişafı və rəqəmsal texnologiyaların bu sahəyə inteqrasiyası dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini formalaşdırır. "SOCGOV" təşəbbüsü sosial sahədə innovativ idarəetməyə yönəlmiş qlobal platformadır.

AZƏRTAC xəbər verir ki, bu platformanın missiyası sosial sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə həmin xidmətlərin daha əlçatan, çevik və şəffaf olmasına nail olmaqdır. Azərbaycan üçün bu təşəbbüsün xüsusi əhəmiyyəti ondadır ki, ölkəmiz sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində artıq qabaqcıl təcrübələr formalaşdırıb və bu təcrübə beynəlxalq müstəviyə çıxarılır.

Ölkəmizin sürətli tərəqqisini və tarixi Zəfər qazanmasını təmin edən Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Son 7 ildə 5 böyük sosial islahat paketi icra olunub və 4 milyon insanı əhatə edən, illik əlavə olaraq 8 milyard manat vəsaitin ayrıldığı bu islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərə nail olunub.

Eyni zamanda, sosial islahatların mühüm istiqamətlərindən biri də dövlət sosial xidmətlər sisteminin rəqəmsallaşdırılmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 152 xidmətindən 90 faizi elektronlaşdırılıb, o cümlədən 55 proaktiv xidmət istifadəyə verilib. Bu gün nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Bu e-xidmətlər fəaliyyət sahələri üzrə xidmətlərin çevikliyinə və şəffaflığına, onların vətəndaşlar üçün daha əlçatan olmasına imkan verib. Həmçinin dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün də “yol xəritəsi” üzrə işlər aparılır və artıq bu istiqamətdə addımlar atılıb.

Sosial sahənin gələcəyini texnologiya ilə birləşdirən ən böyük platformalardan biri kimi formalaşan "SOCGOV", qısa müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanıdığı bir brendə çevrilib. Adı ingilis dilində “Social Governance”, yəni “sosial idarəetmə” sözlərindən yaranan bu təşəbbüs DOST Agentliyinin ideyasıdır və əsas missiyası sosial xidmətlərin keyfiyyətini artırmaq üçün innovativ həlləri dünyanın müxtəlif ölkələrindən gələn ekspertlərlə bir masada müzakirə etməkdir.

İlk dəfə 2025-ci ilin oktyabrında Bakıda, Gülüstan sarayında keçirilən "SOCGOV" konfransı “Süni intellekt insan və transformasiya üçün” şüarı altında ondan çox ölkədən dövlət nümayəndələrini, beynəlxalq təşkilatları, alimləri və özəl sektor təmsilçilərini bir araya gətirdi. Elə orada bu tədbirin təkcə bir dəfəlik konfrans deyil, uzunmüddətli bir platformaya çevriləcəyi elan olundu. DOST Agentliyi "SOCGOV"u beş illik inkişaf strategiyası kimi təqdim etdi və hər il miqyasını daha da böyütməyi hədəfləyib.

Bu strategiyanın növbəti mərhələsi "SOCGOV 2026"dır. Forum bu il oktyabrın 23-də Xankəndi şəhərində keçiriləcək və bu dəfəki əsas mövzu “Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” olacaq. Məkanın Xankəndi olaraq seçilməsi təsadüfi deyil. Bu, həm Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qurulan yeni həyatın və ağıllı şəhər konsepsiyasının beynəlxalq ictimaiyyətə təqdimatı, həm də sosial idarəetmənin gələcəyinin məhz inklüziv və dayanıqlı inkişaf üzərində qurulduğunu göstərən simvolik bir addımdır.

"SOCGOV 2026"nın gündəliyi olduqca zəngindir. Səhər saatlarında rəsmi açılışla başlayacaq forum gün ərzində yüksək səviyyəli panellər, TEDx formatında debatlar və tematik işçi qrupları ilə davam edəcək. Müzakirələrin mərkəzində rəqəmsal analitika, süni intellektin sosial xidmətlərə tətbiqi, etik idarəetmə və məlumatlara əsaslanan qərarvermə dayanır. Əsas sual isə budur: Texnologiyanı daha soyuq və məsafəli deyil, vətəndaş üçün daha əlçatan, çevik və şəffaf xidmətə necə çevirmək olar.

Forumun ən maraqlı hissələrindən biri isə axşam keçiriləcək mükafatlandırma mərasimi olacaq. "SOCGOV 2026" çərçivəsində ilk dəfə təşkil edilən "AI4DOST Social Award" beynəlxalq müsabiqəsi bu il sosial sahədə innovasiyaları ön plana çıxarır. Müsabiqəyə sosial sahədə süni intellekt həlləri hazırlayan startaplar, sosial könüllülük və vətəndaş təşəbbüsləri ilə seçilən layihələr, bu sahəyə elmi töhfə verən tədqiqatlar və regional səviyyədə fərq yaradan sosial təşəbbüslər qatıla bilər. Bununla yanaşı, ilin gənc sosial innovatoru, sosial transformasiyanın lideri və sosial sahəyə davamlı töhfə verən şəxslər üçün fərdi mükafatlar da təqdim olunacaq. Qaliblər forumun səhnəsində elan ediləcək.

"SOCGOV 2026"nı fərqləndirən cəhət onun artıq regional tədbir sərhədlərini aşmasıdır. Forum Beynəlxalq Sosial Təminat Assosiasiyası kimi nüfuzlu qurumların rəsmi təqvimində yer alıb və dünyanın müxtəlif ölkələrindən iştirakçıları cəlb edir. Bu, bir vaxtlar Azərbaycanda formalaşan DOST modelinin artıq qlobal sosial idarəetmə müzakirələrində nümunə kimi göstərilməsi deməkdir.

Bir sözlə, "SOCGOV 2026" sadəcə texnologiyadan danışan bir konfrans deyil. Bu, dövlətin vətəndaşa xidmət anlayışının süni intellekt və verilənlər bazası ilə necə yenidən qurula biləcəyini, Xankəndi kimi yeni inkişaf mərkəzindən bütün dünyaya göstərən bir platformadir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri