Xankəndidə “SOCGOV 2026” beynəlxalq forumu keçirilir FOTO
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xankəndi şəhərində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən forumda müxtəlif ölkələrdən hökumət rəsmiləri, yerli və beynəlxalq ekspertlər iştirak edirlər.
Forumda sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiqi, dövlət-vətəndaş münasibətlərinin təkmilləşdirilməsi və ağıllı idarəetmə modelləri sahəsində qabaqcıl təcrübələrin mübadiləsi müzakirə olunur.
Tədbir çərçivəsində panel sessiyaları, tematik müzakirələr və xüsusi təqdimatlar keçirilir.
Forumda SOCGOV təşəbbüsünün sosial idarəetmə sahəsində beynəlxalq dialoq, təcrübə mübadiləsi və tərəfdaşlıq platforması kimi inkişaf etdirilməsini dəstəkləyən Bəyannamənin qəbul olunması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 23 Oktyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















