Icma.az
close
up
RU
Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan − Bolqarıstan Hökumətlərarası Komissiyanın 7 ci iclası keçirilib

Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan − Bolqarıstan Hökumətlərarası Komissiyanın 7 ci iclası keçirilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

XQ xəbər verir ki, iclasdan əvvəl hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Bolqarıstan tərəfindən həmsədri, energetika naziri Jeço Stankovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə, qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası öz işinə başlayıb.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Jeço Stankov qeyd edib ki, Bolqarıstan tərəfi qarşılıqlı maraq doğuran bütün sahələrdə - ticarət və sənaye, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, müdafiə, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanı Bolqarıstanın strateji iqtisadi tərəfdaşı adlandıran Jeço Stankov enerji sahəsində əlaqələrin ikitərəfli münasibətlərdə əsas rol oynadığını vurğulayıb. O əlavə edib ki, Bolqarıstan enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsini prioritet istiqamət kimi müəyyən edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə mühüm önəm verir. 

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 30 ildir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycanın Bolqarıstanla qurulmuş çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini və bütün sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib. Həmsədr iki ölkənin iqtisadi potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da şaxələndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyinə diqqət çəkib və bildirib ki, birgə təşkil olunan biznes forumlar, ixracyönümlü rəqabətqabiliyyətli məhsullar haqqında mütəmadi məlumat mübadiləsi aparmağa imkan verəcək.

Nazir Azərbaycanın istehsal etdiyi məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının Bolqarıstan vasitəsilə Avropa İttifaqı və üçüncü ölkələrə ixracı ilə bağlı yaranan çətinliklərin və bürokratik əngəllərin aradan qaldırılmasının vacibliyinə toxunub. Məcnun Məmmədov hər iki ölkənin iş adamlarını məhsul ixracı üçün əlverişli coğrafi mövqelərdən, Azərbaycan və Bolqarıstandakı iqtisadi zonaların üstünlüklərindən maksimum yararlanmağa çağırıb.

Daha sonra İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənəd iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye, energetika, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Tərəflər İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 8-ci iclasının gələn il Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri