Icma.az
close
up
RU
“Şok endirim” hər zaman sərfəli deyil: İstehlakçılara vacib xəbərdarlıq

“Şok endirim” hər zaman sərfəli deyil: İstehlakçılara vacib xəbərdarlıq

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Böyük marketlərdə tez-tez qarşılaşdığımız "şok endirim", "böyük aksiya" və ya "1 alana 1 hədiyyə" kampaniyalarının pərdəarxasında satılan məhsulların son istifadə tarixinə cəmi 1-2 gün qalmış olur. Marketlər öz ziyanlarını qapatmaq üçün vaxtı keçməkdə olan ərzaqları "aksiya" adı altında vətəndaşlara kütləvi şəkildə təqdim edirlər.

Bəs qanunvericiliyə görə, son istifadə tarixi bitmək üzrə olan və ya artıq keyfiyyətini itirmiş məhsulların bu üsulla satışı hansı hüquqi məsuliyyəti yaradır? İstehlakçıların hüquqlarını və ən əsası əhalinin sağlamlığını açıq-aşkar təhlükəyə atan bu cür "endirim tələləri"nə görə market şəbəkələrini hansı qanuni cəzalar gözləyir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, mövcud qanunvericiliyə görə, yararlılıq vaxtı keçmiş ərzaq malının satışı birmənalı şəkildə qadağandır. Hətta bir marketdən yararlılıq vaxtı keçmiş mal tapılıb, dövlət orqanları qarşısında məsələ qaldırılarsa, onları 1500 manata qədər cərimə gözləyir. Ona görə də yararlılıq vaxtı keçmiş malı müşahidə etmək o qədər də asan deyil, çünki satıcılar cərimədən çəkinirlər – bu təbiidir:

Eyyub Hüseynov: İstilik təzyiqinə düşmüş malı endirim kampaniyalarında satırlar.

"Lakin qanunvericiliyə görə, mal sonuncu yararlılıq gününə qədər satıla bilər. Bunu da qeyd edək ki, bəzi ölkələrdə, xüsusən Mərkəzi Avropa ölkələrində malın yararlılıq vaxtı az qalanda onu keçirirlər başqa bir dükanlar şəbəkəsinə. O dükanda orada ticarət edir, nisbətən ucuz qiymətə satır və əhali malı ordan alır".

E.Hüseynov qeyd edib ki, bununla belə, malın yararlılıq vaxtı keçmədən saxlanma şəraiti elə ola bilər ki, o, təhlükəli vəziyyətə düşsün.

Bəzən marketlər istilik təzyiqinə düşmüş malı endirim kampaniyalarında satırlar. Əhali ona görə diqqətli olsunlar:

"Bütün hallarda istehlakçılar bu kimi, yəni şübhəli mallarla rastlaşarlarsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm.

Lakin istənilən malı yararlılıq vaxtı gününə qədər satmaq olar. Alıcılar sadəcə olaraq prodominant (istehsal) tarixinə, son yararlılıq müddətinə fikir versinlər.

Bu başqa bir məsələ isə yararlılıq vaxtı keçmiş malın yenidən satışa döndərilməsidir. Bu isə ciddi bir məsələdir. Dəfələrlə dövlət orqanları bunu ifşa edibdir. Yəni, bu yararlılıq vaxtı keçmiş mal dükanda yığılır, o qaytarılır distribüterə, distribüter də verir istehsalçıya. İstehsalçı isə ondan sonra onun taleyini qaranlıq edir, bilinmir nə olur. Bu məsələlər hamısı gərək araşdırılsın ki, zəhərlənmələrin miqdarı azalsın".

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 İyul 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri