ŞOK: Neftçinin məğlub olacağını dediyinə görə dostunu DÖYDÜ!
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Bakıda kişi küçədə dostunu döyüb.
Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.
35 yaşlı Fərhad Əmirov (şərti adla) dostu ilə birgə “Neftçi” futbol klubunun oyununa baxmağa gedirmiş. Bu zaman dostu “Neftçi”nin məğlub olacağını deyib. Fərhad buna irad bildirəndə, dostu nalayiq ifadələrlə cavab verib. Bundan hiddətlənən Fərhad da dostunun üzünə bir dəfə yumruqla vuraraq, xəsarət yetirib.
Nəticədə onun barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlə barışdığını deyib. Zərərçəkən şəxs də həmçinin Fərhada qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.
Baxış sayı:92
Bu xəbər 20 Avqust 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















