Icma.az
close
up
RU
Yeni papağın mübarəkdir sözünə görə dostunu döydü

Yeni papağın mübarəkdir sözünə görə dostunu döydü

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Xırdalan şəhərində 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Sübhan tanışı Nəsirə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksi, “Piano” restoranının arxasında baş verib.
Sübhan Nəsirin onun başına qoyduğu ağ rəngli yeni kepka papağı ilə bağlı etdiyi zarafata görə aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sağ gözündən yumruqla bir dəfə vurub. 
Sübhanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sübhan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nəsiri Xırdalan şəhəri, Gənclər şəhərciyindən məhəllə uşağı kimi tanıyır:
“Əvvəllər normal münasibətlərimiz olub. Hadisə günü gecə saatlarında “Dost qapısı” kafesinin qarşısına özümə məxsus avtomobilim ilə gəldiyim zaman tanışım Nəsiri görərək avtomobilimi saxladım. Söhbət zamanı “Yeni papağın mübarəkdir, papağını dəyişmisən” deyə Nəsir bildirdi. Bu söz çox pis təsir etdiyi üçün ona “Gözlə gəlirəm” deyərək avtomobilimi kənara çəkərək saxladım. Avtomobildən düşərək Nəsirə yaxınlaşdım və sağ əlimi onun boyun nahiyəsinə qoydum. Ona “Gəl qarşıda bir yer var, gedək ora, gələk” deyə bildirdim. Nəsir etiraz etməyərək əlində siqaret çəkərək mənimlə gəldi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, biraz yol gedərək binaların aşağısında yerləşən “Piano” restoranının arxasına heç kimin olmadığı yerə gediblər: “Bu zaman restoranın arxa tərəfində deyilmiş sözdən əsəbləşdim və anidən Nəsirin gözünün altından yumruqla vurdum. Bundan sonra Nəsirin aşağı əyildiyini gördüm və oradan uzaqlaşdığım zaman arxamca sözlər deyilsə də, həmin sözlərə əhəmiyyət verməyərək getdim”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Sübhan 7 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Abşeron rayon hüdudlarından kənara çıxmaq, hər gün axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək yaşadığı evi tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri