Icma.az
close
up
RU
“Şokolad bahalaşır: reseptlər dəyişir, keyfiyyət aşağı düşür“ “Bloomberg“

“Şokolad bahalaşır: reseptlər dəyişir, keyfiyyət aşağı düşür“ “Bloomberg“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real dad üçün daha çox ödəmək, yoxsa sadəcə şirinlik olsun deyə saxta şokoladla barışmaq?.."

Kakao böhranı qlobal bazarı silkələyir: şirkətlər sintetik kakao, palma yağı və trans-yağlara keçir, alıcı isə real şokoladı vitrində tanımaqda çətinlik çəkir.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Kakao böhranı və qiymətlərin yüksəlişi

Nəşr yazır ki, dünya bazarında kakao məhsulu üzrə ciddi çatışmazlıq yaranıb və bu, son 60 ilin ən böyük istehsal düşüşü kimi qeydə alınıb.
Ümumi məhsul həcminin 13 faiz azalması şokoladın qiymətini dörd dəfə artırıb. Bazarda baş verən bu dəyişikliklər istehsalçıları ucuz alternativlər axtarmağa məcbur edib. İstehsalın düşməsinə baxmayaraq, kakao-fyüçersləri son həftələr ucuzlaşıb. Lakin analitiklər qeyd edir ki, bu, mağaza qiymətlərinə təsir etməyəcək, çünki artıq şirkətlər istehsal modelini dəyişib və bahalaşma istehlakçıya ötürülüb.

"Şokoladabənzər" məhsulların yaranması

Bahalaşma fonunda bəzi şirkətlər real kakaonu laboratoriya və bitki mənşəli alternativlərlə əvəz etməyə başlayıb. Məsələn, Kaliforniyada kakaonun hüceyrələrindən sintetik kakao yetişdirilir, Londonda isə düyü və paxlalılardan fermentləşdirilmiş "şokolad" istehsal edilir. Bu məhsulların etiketində yeni "şokolad dadlı" terminlə rastlaşmaq mümkündür. Bu ifadə hüquqi boşluq sayəsində istehsalçıya kakaonun yerinə palma yağı və trans-yağlar istifadə etməyə imkan verir.
Pediatr-qastroenteroloq Olqa Sokolovanın sözlərinə görə, bu yağlar bağırsaq divarında iltihab yaradır, allergiyanı artırır və autoimmun reaksiyalara səbəb ola bilər.

İstehsalçıların iqtisadi fəndləri

Qida şirkətləri resept dəyişikliyi ilə yanaşı başqa strategiyalardan da istifadə edir: məhsulun çəkisini kiçildir, qablaşdırmanı "premium" göstərir, reklamla istehlakçını çaşdırır. Marketinq mütəxəssisləri bildirir ki, yeni model nəticəsində məhsulun maya dəyəri 60-70 faiz ucuzlaşır, amma satış qiyməti eyni qalır, hətta bəzi brendlərdə artır. "Nestle" kimi iri qlobal şirkətlər investorlarına resept dəyişikliyinin yüz milyonlarla dollar qənaət etdiyini açıq deyir, lakin konkret nəyin dəyişdiyini açıqlamır.

Əsl şokoladı necə tanıyaq? 

Mütəxəssislər istehlakçılara sadə qayda tövsiyə edir: etiketi oxuyun. Əsl şokoladın tərkibi belə olmalıdır: yüksək kakao faizi, kakao yağı, az şəkər, süd məhsulları. Əgər siyahıda birinci maddə şəkər və ya bitki yağıdırsa, o məhsul artıq şokolad deyil, sadəcə şirəlik imitasiya deməkdir. Konditer-texnoloq İrina Malyuşina bildirir: "Etiketdə bitki yağı, palma yağı, emulqator, aroma yazılıbsa, onu almağa dəyməz, bu həqiqi şokolad deyil".

Qarşıdakı illərin reallığı

Hazırda bazarda iki paralel tendensiya formalaşır: bahalı, lakin orijinal şokolad və ucuz, amma imitasiya edilmiş alternativlər. Ekspertlər xəbərdarlıq edir ki, əsl şokolad yaxın illərdə dəbdəbəli məhsula çevrilə bilər. Bu isə alıcını bir seçimlə baş-başa qoyur: "Real dad üçün daha çox ödəmək, yoxsa sadəcə şirinlik olsun deyə saxta şokoladla barışmaq?"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri