Icma.az
close
up
RU
Sökülən evlərə görə kompensasiya, yoxsa ev verilsin? AÇIQLAMA

Sökülən evlərə görə kompensasiya, yoxsa ev verilsin? AÇIQLAMA

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda və ətraf ərazilərdə yeni tikililərin qiymətində artımlar müşahidə olunur. 3-4 il əvvəllə qiymətləri müqayisə etsək 1 kv. metrin qiymətində 300-400 manat fərqi görmək mümkündür.

BAKU.WS xəbər verir ki, yeni mənzillərin qiymətində artımların olmasını nəzərə alsaq, plana düşən və söküləcək evlər üçün vətəndaşlara təklif edilən kompensasiyaların məbləğləri gündəmə gəlir.

Tikinti şirkətləri tərəfindən vətəndaşlara təklif edilən kompensasiya məbləği nə qədər olmalıdır? Vətəndaşlara verilən kompensasiyanın məbləği artırılmalıdırmı? Ümumiyyətlə hazırda mənzillərin qiymət artımı realdır, yoxsa şişirdilmədir? Evlərin qiymətlərində ucuzlşama ehtimalı varmı?

Bu suallara cavab tapmaq üçün əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıya müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, şəhərdən kənar tikililərdə qiymət artımları mərkəzlə müqayisədə daha yüksək olur:

"Lakin nəzərə almaq lazımdır ki, mərkəz və mərkəzə yaxın ərazilərdə də artımlar kifayət qədər yüksək olub. İki il bundan əvvəl “Nəriman Nərimanov” və “Gənclik” metro stansiyaları ərazisində 1 kv. metri 1300-1400 manata mənzil tapmaq mümkün idisə, indi həmin ərazilərdə minimum qiymətlər 2 min manatın üzərindədir.

Kompensasiyaların məbləği ölkə başçısının fərmanı ilə tənzimlənir. Fərmanda isə 20 faiz kompensasiya nəzərdə tutulub. Əvvəlki illərdə mənzil alındıqdan sonra vətəndaşlara kompensasiya pul şəklində ödənilirdi. Sonra bu, əlavə problemlər yaratdığına görə, əvəzləşdirmək qaydası həyata keçirilməyə başlandı.

Buna görə, kompensasiya məbləği fərdi yanaşma tələb edən məsələdir. O ki qaldı mənizilin dəyərinə görə ərazilər üzrə qiymətə, bu həmin əmlakın təmirli və sənədinin olub-olmamasından asılıdır. Bu məsələdə isə qiymətlər dəyişir. Misal üçün deyə bilərik kki, Zəfər muzeyi üçün salınan ərazidə mənzil sahiblərinən kompensasiyalar 2700 manatdan başlayırdı.

Kompensiyaya ilə bağl rəqəmlərin azalıb-arıtırılması zamanı mental məsələlər də nəzərə alınmalıdır. Bəzi mülkiyyətçilər kompensasiyanı aldıqdan sonra özünə avtomobil alır və digər istehlak məqsədlərinə bu pulu yönəldirlər. Sonra ev almaq istəsə də, qalan pula mənzil ala bilmirlər. Buna görə, ən yaxşı qayda əvəzləşdirmədir. Eyni zamanda söküntü olan ərazilərdə mənzilin kiçik olmasını da nəzərə almaq lazımdır. Bu da tikinti şirkətləri ilə vətəndaşlar arasında əlavə problemlər yaradır.

Qiymətlərin qalxması və düşməsi hər zaman realdır. Adətən bunu bazar tənzimləyir. Daşınmaz əmlak bazarındakı qiymət dəyişikliyi real iqtisadi tendensiyalara uyğun və bu istiqamətdə qəbul olunan inzibati qərarlarla baş verir. Hesab edirəm ki, mövcud şəraitdə qiymət dəyişikliyi real görünür və bunun qarşısının alınması istiqamətində addımlar təəssüf ki, nəticə vermir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Yanvar 2026 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri