Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sökülən evlərə görə pul yeni qaydayla veriləcək?

Sökülən evlərə görə pul yeni qaydayla veriləcək?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nəsimi rayonunda yerləşən qəzalı yaşayış binalarının sökülməsi planlaşdırılır. 

Mirəli Qaşqay küçəsi 34 ünvanında 50-dən çox ailənin yaşadığı 1-2 mərtəbəli köhnə tikililərlə bağlı artıq əraziyə baxış keçirilib və texniki sənədləşmə işlərinə start verilib. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti təklif edib ki, Kompensasiya məbləği ərazinin real bazar dəyərinə uyğun hesablanmalıdır: 

“Vacib məqam ondan ibarətdir ki, vahid kompensasiya məbləği mövcud deyil. Hər rayonun, hətta eyni rayon daxilində hər məhəllənin bazar dəyəri fərqlidir. Bu səbəbdən kompensasiya məbləği ərazinin real bazar qiymətinə uyğun hesablanmalıdır. 

Bizim təklifimiz ondan ibarətdir ki, kompensasiya sökülən binanın deyil, həmin binanın yerləşdiyi ərazidən bir kilometr radiusda olan yeni tikililərdə bir kvadratmetrin orta bazar dəyəri əsasında müəyyən edilsin". 

Bəs bu qayda nəyə tətbiq edilmir? 

“Cebheinfo.az” –a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, belə təkliflər ictimaiyyətə təqdim olunub. Onun sözlərinə görə, bu təşəbbüslərin rəsmi müstəviyə keçməsi üçün Nazirlər Kabinetinə təqdim edilməsi vacibdir: 

“Bu təklif müxtəlif görüşlər zamanı da səsləndirilib. Müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilməlidir ki, Azərbaycan Qiymətləndirici Cəmiyyəti olaraq bu prosesə rəsmi qaydada hazırlaşırıq. 

Güman edirəm ki, yaxın vaxtlarda bunu edəcəyik. Amma ictimaiyyətə dəfələrlə bildirmişik ki, kompensasiya məqsədilə qiymətləndirmə aparılarkən ilk növbədə həmin ərazidə yeni tikililərin bir kvadratmetrinin bazar dəyəri əsas götürülməlidir. 

Bu, ən ədalətli dəyərdir və vətəndaşın yaşadığı mühitdən çox uzaqlaşmamasına imkan verir, yəni uzaqlaşdırllmır. Belə olduqda vətəndaş da sosial-psixoloji vərdişlərindən, formalaşmış həyat tərzindən ayrılmır, adətlərin yadırğanması prosesi baş vermir və öz mülkiyyət hüquqlarını yaxın ərazidə bərpa edə bilirlər. 

Bu da həm vətəndaşın, həm dövlətin məmnuniyyətinin təmin olunması deməkdir”. Vüqar Oruc qeyd edib ki, bütün bu təkliflər vətəndaşların rifah halının yüksəldilməsinə, eyni zamanda dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın və bağlılığın möhkəmlənməsinə xidmət edir: 

“Bundan əlavə, qeyd etmişik ki, sahəsi kiçik olan mənzillərlə bağlı kompensasiya yalnız kvadratmetrə görə deyil, otaq sayına uyğun müəyyənləşdirilməlidir. Bu yanaşma vətəndaşın yenidən əvvəl yaşadığı əraziyə yaxın yerdə ev sahibi olmasına şərait yaradar və onun uzaq məsafəyə köçmək məcburiyyətində qalmasının qarşısını alar. 

Həmçinin bildirmişik ki, kompensasiya məbləğinin müəyyən edilməsi mütləq qiymətləndirici şirkət tərəfindən aparılmalıdır. Bu səlahiyyətin məmura və ya investora verilməsi tərəflərdən birinə üstünlük tanınması anlamına gəlir. 

Çünki vətəndaşın taleyi nə məmurun insafına, nə də investorun gəlir gözləntilərinə buraxılmamalıdır. Çünki investor istənilən halda daha çox gəlir əldə etməyə çalışır, məmur isə prosesin dövlət büdcəsi üçün minimum xərclə həyata keçirilməsini və büdcə vəsaitlərinə qənaətin vacibliyini düşənən bir vəzifə sahibidir. 

Bu amillər obyektiv qərarın qəbuluna mane ola bilər. Məhz bu səbəbdən bazar prinsiplərinə uyğun, obyektiv qiymətləndirmənin aparılması vacibdir. Bu isə yalnız satınalma prosesi nəticəsində seçilmiş müstəqil qiymətləndirici şirkət vasitəsilə mümkündür”. 

Həmsöhbətimiz vurğulayıb ki, bu baxımdan kompleks yanaşma tətbiq edilməlidir: 

“Birincisi, kompensasiya məbləğini qiymətləndirici şirkət müəyyən etməlidir. İkincisi, kompensasiya qəzalı, zədələnmiş, bazarda tələbi olmayan və söküntüyə məruz qalan binaların dəyəri əsasında deyil, onların yaxınlığında yerləşən yeni tikililərin bazar qiymətləri əsasında hesablanmalıdır. 

Üçüncüsü isə sahəsi kiçik olan mənzillər üzrə kompensasiya məbləği kvadratmetrə görə deyil, otaq sayına uyğun müəyyən edilməlidir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Sökülən evlər Vüqar Oruc

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri