Icma.az
close
up
RU
Sökülən evlərə görə təzminat belə hesablanır

Sökülən evlərə görə təzminat belə hesablanır

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı-ayrı tikinti şirkətlərinin təşəbbüsü ilə yaşayış yerləri vətəndaşlardan müxtəlif şərtlərlə alınmaqla sökülərək yerində yeni binaların inşası aparılır.

Maraqlıdır, bəs bu zaman sakinlərə ödənilməli olan kompensasiyanın məbləği necə müəyyən edilir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Qafqazinfo”ya bildirib ki, köhnə binalar yeniləri ilə əvəz olunarkən mənzil sahiblərinə kompensasiya olaraq həmin tikiləcək binadan mənzil verilir. Mütəxəssis deyir ki, həmçinin onlara tikinti müddətində kirayə və köçmək xərcləri ödənilir. Yeni bina tikildikdən sonra isə vətəndaşlara yeni binadan əvvəlkindən daha böyük sahədə tam təmirli mənzil verilir.

Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı isə həmin ərazi qiymətləndirilir: “Vətəndaşlara qiymətləndirilən məbləğ üzrə kvadratına görə pul ödənilir. Dövlət ehtiyacları üçün alınan ərazilərdə yeni yolların salınması, infrastrukturların qurulması, parkların salınması nəzərdə tutulur ki, bu zaman daha çox istismar müddətini bitirmiş və qəzalı binalar müəyyən olunur. Qiymət ərazilərə görə dəyişir. Ərazilərin bazar qiymətinə uyğun olaraq vətəndaşlara  mənzillərinin hər kvadratmetrinə görə kompensasiya ödənilir”.   

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə “Qafqazinfo”ya deyir ki, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyi ilə birgə aparılan bu proses qiymətləndirmə mərhələsindən keçdikdən sonra kompensasiyanın məbləği müəyyən olunur: “Müvafiq satınalma üzrə tender elan olunur və tenderdə qalib gələn şirkət ərazilərdə baxış keçirdikdən sonra kompensasiya məqsədilə ödəniləcək məbləği müəyyən edir. Yəni həmin ərazinin bir kvadratmetrinin dəyəri hesabladıqdan sonra müvafiq dövlət qurumları vətəndaşlara məxsus olan mənzillərin sahəsini həmin müəyyən edilmiş kompensasiya məbləğinə vurur və bundan sonra bütövlükdə mənzilin kompensasiya dəyəri müəyyən edilir. Tikinti şirkətlərinin təşəbbüsü ilə binaların sökülməsi zamanı isə proses vətəndaşlarla qarşılıqlı razılıq əsasında həyata keçirilir”.  

Nazirlər Kabinetinin sözügedən istiqamətdə olan qərarlarından birində - 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin müvafiq rayonlarının icra hakimiyyətlərinə qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılıb. 

Lakin məlum məsələdir ki, tikinti şirkətləri çoxmənzilli yaşayış binalarını söküb yenisini inşa etmək üçün xeyli mülkiyyətçi ilə razılıq əldə etməlidir. Bu baxımdan təcrübədə bütün ev sahibləri ilə razılaşmanın əldə edilməsinin mümkün olmadığı hallarla tez-tez rastlaşırıq. Məsələn, tərəflərdən biri müxtəlif səbəblərdən mənzillə təmin edilmə ilə razılaşmır. Bu zaman kompensasiya ödənişinin məbləği mübahisə yaradır. Belə ki, hər kvadratmetrə görə kompensasiya ödənişi hətta bazar qiymətinə uyğun olsa belə, yaşayış sahəsinin kiçik olması qarşı tərəfi narazı salır. 

V. Oruc belə hallarda kompensasiya məbləğinin qiymətləndirmə fəaliyyəti əsasında müəyyən edilməsinin məcburi olmasını məqsədəuyğun hesab edir. O, rəhbərlik etdiyi qurum tərəfindən bununla bağlı qanunvericiliyə dəyişikliyin olunmasının təklif edildiyini də əlavə edib. 

Torpaq sahələrinə görə kompensasiya ödənişlərinə gəlincə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna görə, torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki 3 ay ərzində alınan həmin torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 

Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə torpağın bazar qiyməti əsas götürülür. Həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, bu olmadıqda, 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan torpağın bazar qiyməti əsas götürülür. Hətta 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda isə həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq (rayon, şəhər və şəhər rayonları) mövcud olan torpağın qiyməti nəzərə alınır.

Ceyhun Həmid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri