Icma.az
close
up
RU
Soltan Məmmədov: Azərbaycanın Çinlə strateji tərəfdaşlığı regional müstəvidə tarixi hadisədir

Soltan Məmmədov: Azərbaycanın Çinlə strateji tərəfdaşlığı regional müstəvidə tarixi hadisədir

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Çin kimi qüdrətli dövlətlə strateji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də regional müstəvidə tarixi hadisədir.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib.

Deputat deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu beynəlxalq münasibətlər sistemində dövlətimizin mövqeyinin güclənməsini təmin edir: “Bu siyasət mövcud tərəfdaşlarla əlaqələrin daha da möhkəmləndirilməsini, eyni zamanda yeni tərəfdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutur. Cənubi Qafqazda gedən iqtisadi və siyasi proseslərdə həlledici təsirə malik Azərbaycanın Çin kimi qüdrətli dövlətlə strateji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də regional müstəvidə tarixi hadisədir. İyun ayının 10-da dövlət başçımız tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq olundu. Hər iki ölkə vətəndaşlarının qarşılıqlı olaraq vizadan azad olunması ikitərəfli münasibətlərin dərin etimada əsaslandığının göstəricisidir. Bu razılaşma siyasi məzmun daşımaqla yanaşı, həm də Çindən ölkəmizə gələn turistlərin sayının artmasına stimul yaradaraq, iqtisadi tərəfdaşlığın inkişafına mühüm təsir göstərəcək”.

Soltan Məmmədov qeyd edib ki, münasibətlərin geniş spektrinə humanitar sahədə əməkdaşlıq da daxildir: ‘Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəni, humanitar və digər sahələrdə əlaqələrin dərinləşməsinə xidmət edən uğurlu layihələrə imza atıb. İyun ayında Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında gələcək birgə layihələr müzakirə olundu. Pekin Xarici Dillər Universitetinə Azərbaycan haqqında nəşrlər hədiyyə edildi. Bu cür qarşılıqlı səfərlərin əsas məqsədi münasibətlərin inkişafına stimul yaratmaq, əməkdaşlığı yeni istiqamətlər üzrə inkişaf etdirməyə nail olmaqdan ibarətdir. Eyni zamanda Azərbaycanla Çin arasında pralmentlərarası əlaqələrin inkişafı istiqamətində də mühüm addımlar atılır. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Çin müxtəlif sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkədir. Dünya nizamının sürətlə dəyişdiyi indiki tarixi mərhələdə bu münasibətlərin inkişafı və möhkəmlənməsi yaşadığımız regionda sülhün, təhlükəsizliyin və iqtisadi rifahın təmin olunmasına xidmət edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri