Icma.az
close
up
RU
Etibarlı tərəfdaş imici: Çinlə yaxınlaşma Azərbaycanın regional rolunu gücləndirir

Etibarlı tərəfdaş imici: Çinlə yaxınlaşma Azərbaycanın regional rolunu gücləndirir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fikrət Yusifov: Azərbaycan-ABŞ, Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi vacibdir


Rusiyanının Cənubi Qafqaz siyasəti müqaisə edilməyəcək dərəcədə iyrənc və eybəcərdir

Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycanın çoxvektorlu siyasətinin bariz nümunəsidir.

Avqustun 31-də Tiencində keçirilən görüşdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin strateji tərəfdaşlığın yeni mərhələsini təsdiqləyən bəyanatlar verdilər. Si Cinpin iki ölkə arasında münasibətlərin 30 ildən artıq uğurlu inkişaf yolunu vurğuladı, əməkdaşlığın energetika, rəqəmsallaşma və nəqliyyat sahələrində genişləndiyini qeyd etdi. Prezident İlham Əliyev isə Azərbaycanın xarici siyasətində Çinlə əlaqələrin prioritet olduğunu bildirib və “Bir kəmər, bir yol” təşəbbüsündə Orta Dəhlizin səmərəliliyini xüsusi vurğulayıb.

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT+” Zirvə toplantısında iştirakı və Çində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə təmsil olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir.

Dünyanın ən güclü dövlətlərindən biri Çin ilə qurulan dostluq münasibətləri Azərbaycan diplomatiyasının uğurlarının bariz göstəricisidir.

Prezidentimizin uzaqgörən və qətiyyətli xarici siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan bayrağının ən möhtəşəm meydanlarda dalğalanması dövlətimizin nüfuzunun və diplomatik gücünün rəmzidir. Bu dostluq həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə yeni imkanların açılmasına zəmin yaradır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri sentyabrın 3-də başa çatıb.


Mövzu ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Azərbaycan Çin əlaqələrinin getdikcə daha da dərinləşməsinə toxunub.  Professorun fikrincə regionumuz üçün bu münasibətlərin siyasi və iqtisadi əhəmiyyəti xüsusi qeyd olunmalıdır: 


“Cənubi Qafqaz uğrunda böyük güclər arasında indiyə qədər mövcud olmuş mübarizə, artıq yeni bir fazaya daxil olub. ABŞ-ın, Çinin, Avropa İttifaqının və hətta Hindistanın buradakı regional maraqları sözügedən ərazidə reallaşdıra biləcəkləri iqtisadi tələbdən qaynaqlanır. İqtisadi səmərəlilik perspektivi olmayan bir ərazi uğrunda heç bir ölkə mübarizə aparmaz. Bu bir həqiqətdir. Adlarını çəkdiyimiz böyük güc ölkələri bu səbəbdən son illər ərzində regionumuzda öz mövqelərini formalaşdırmaq üçün ciddi rəqabət aparırlar. Bu sırada mən Rusiyanın adını çəkmədim. Çünki Rusiyanının Cənubi Qafqaz siyasəti bənzəri olmayan və hec bir dövlətin bu regionda sərgilədiyi siyasətlə müqaisə edilməyəcək dərəcədə iyrənc və eybəcərdir. Xalqları bir-biri ilə qarşı-qarşıya qoymaq, onların silahlı toqquşmasını təşkil etmək, bir sözlə mümkün olan və olmayan bütün iyrənc siyasi oyunlardan istifadə edərək, Cənubi Qafqazda hegemonluğa sahiblənmək – budur Rusiyanın əsirlər boyu yürütdüyü Cənubi Qafqaz siyasətinin əsas fəlsəfəsi! 

Azərbaycan və Ermənistanın ABŞ administrasiyasının təşkilatçılığı ilə sülh müqaviləsini paraflaması isə Rusiyada dağıdıcı bomba partlayışı effekti verib. Rusiya Azərbaycanla Ermənistanın bir araya gəlməsini həzm edə bilmir və heç utanmadan onları bir araya gəlib sülh müqaviləsini parafladıqlarına görə hədələyir. Bu qədər siyasi əxlaqsızlıq müsli görünməmiş bir iyrənclikdir”.


F. Yusifovun fkrincə bütün bu baş verənlərin fonunda Azərbaycan-ABŞ, Azərbaycan-Çin münasibətlərinin inkişafı və hər iki ölkə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi olduqca vacibdir:

 “Azərbaycan diplomatiyasının bu uğurlarını Rusiya hakimiyyəti həzm edə bilmir. Elə bu səbəbdən də bu gün Azərbaycana ən cılız, bir dövlətin siyasəyinə utanc gətirəcək metodlarla təziq etməyə çalışır. 

Çinlə münasibətlərin yaxınlaşması Azərbaycan üzərindən keçə Orta Yolun potensialını bir xeyli artırır. Bu yol Çin üçün də Avropa üçün də ən səmərəli ticarət yoludur. Bu yolun genişləndirilməsi onun vasitəsilə yalnız yüklərin daşınması anlamına gəlməməlidir. Bu yol boyu Çinin və digər ölkələrin böyük layihələrə on milyardlarla dollar həcmində yatrımları gözləniləndi. Azərbaycan Prezidentinin son səfərində Çinin aparıcı şirkətləri ilə görüşlərin əsas hədəflərindən biri də Çin kapitalını Azərbaycana gətirməkdir. Hesab edirəm ki, bu sahədə ciddi nəticələr əldə olunacaqdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri