Icma.az
close
up
RU
Soltanlıda kommunikasiya sistemlərinin qurulmasına 114 milyon manat xərclənəcək

Soltanlıda kommunikasiya sistemlərinin qurulmasına 114 milyon manat xərclənəcək

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “KESZ Group Azerbaijan” MMC (VÖEN – 8200408871) və “19 Saylı Tikinti Təmir İdarəsi” MMC (VÖEN – 4700367351) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə, bu şirkətlər Xidmətin sifarişi ilə Cəbrayıl rayonu, Soltanlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərinin, sahədaxili və xarici mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, rabitə şəbəkəsi, elektrik təchizatı və qaz xətti) qurulması, həmçinin yol və səkilərin yaşıllaşdırma və abadlıq işlərini həyata keçirəcəklər və qarşılığında 114 milyon 499 min 593 manat 20 qəpik alacaqlar.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
 - Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, Soltanlı kəndində kommunikasiya sistemlərinin qurulması, həmçinin yol və səkilərin yaşıllaşdırılması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Qeyd edək ki, “KESZ Group Azerbaijan” MMC 24 may 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Cəbrayıl şəhərində yerləşir. Şirkətin icraçı direktoru Macarıstan vətəndaşı olan Otto İzsodur.
“19 Saylı Tikinti Təmir İdarəsi” MMC isə 13 aprel 2011-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 890 min manat olan MMC-nin hüquqi ünvanı Qusar şəhəri, Karl Marks küçəsi ev. 67-də yerləşir. Şirkətin qanuni təmsilçisi Aslanov Loğman Fərəc oğludur.
Onu da qeyd edək ki, 114 milyon manatlıq satınalma müqaviləsi bağlanılan “KESZ Group Azerbaijan” MMC Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən “KESZ” şirkətlər qrupuna bağlıdır.
Xatırladaq ki, Cəbrayıl rayonunun Soltanlı kəndinin təməli 23 noyabr 2023-cü ildə atılıb. Təməlqoyma mərasimində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da iştirak edib. Bildirilib ki, Soltanlı kəndinin Baş planı layihəsi Macarıstanın “KESZ” şirkətlər qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Kənddə 6 100 nəfərdən ibarət 1 525 ailənin yaşayacağı proqnozlaşdırılıb. Burada ümumilikdə 496 fərdi yaşayış evinin tikintisi, həmçinin 1 044 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının da tikilməsi nəzərdə tutulub.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Sentyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri