Icma.az
close
up
RU
Şolz: Avropa və Ukrayna danışıqlarda iştirak etməlidir

Şolz: Avropa və Ukrayna danışıqlarda iştirak etməlidir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya kansleri Olaf Şolz Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığını alqışlayıb, lakin Aİ və Ukraynanın münaqişənin həlli üzrə dialoqa cəlb edilməsinin zəruriliyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Şolz Funke media qrupuna müsahibəsində bildirib.

“Prezidentlərin bir-birinə zəng etməsi yaxşı haldır”, - deyən kanslerin sözlərinə görə, hər kəs Ukraynadakı münaqişənin tez bir zamanda dayandırılması təşəbbüsünü təqdir edir. “Lakin mən öz mövqeyimdə qalıram: bu danışıqlara Ukraynanı, eləcə də Avropanı cəlb etmək vacibdir. Nəhayət, biz Avropada təhlükəsizlik və sülhə aid olan fundamental məsələlərdən danışırıq”, - deyə hökumət rəhbəri bildirib.

O, həmçinin münaqişə başa çatdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə uzunmüddətli dəstək verməyə hazır olduğunu bildirib və deyib ki, Ukraynanın “öz maliyyə imkanlarından artığa başa gələcək güclü orduya ehtiyacı olacaq”. “Bu məsələdə beynəlxalq dəstəyə ehtiyac olacaq”, - deyə Şolz qeyd edib.

Fevralın 12-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Liderlər Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər, həmçinin təmasları davam etdirmək və şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Fevral 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see277

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see261

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see259

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see250

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see228

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see222

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see199

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see196

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see191

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see190

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see190

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see184

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see182

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see181

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see180

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see176

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see176

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see168

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see167

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri