Son 15 ildə AÇG yatağında neft hasilatı 101 milyon barel azalıb Siyahı
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Bu ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ACE platformalarından birlikdə 87 milyon barel (12 milyon ton) və ya gündə orta hesabla 320 min barel neft hasil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ümumi hasilat 2,2% və ya 2 milyon barel azalıb.
15 il əvvəllə – 2012-ci ilin ilk 9 ayının nəticəsi ilə müqayisədə AÇG-də hasilat 2 dəfədən çox və ya 100,7 milyon barel azalıb.
Bu ilin ilk 9 ayında gündəlik hasilat – “Çıraq” plantformasında 18 000, “Mərkəzi Azəri”də 84 600, “Qərbi Azəri”də 72 000, “Şərqi Azəri”də 45 700, “Dərinsulu Günəşli”də 46 700, “Qərbi Çıraq”da 25 300 və ACE-də 26 900 barel olub.
2026-cı ilin ilk 9 ayı ərzində AÇG-də ümumilikdə 154 neft hasilat quyusu və 61 qaz və su injektor quyusu istismarda olub.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (35,30%), MOL (9,57%) (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib), İNPEKS (9,31%), “EksonMobil” (6,79%), TPAO (5,73%) və “ONGC Videş Limited” (OVL) (2,92%) şirkətləridir.
Qeyd edək ki, son bir ildə Yaponiyanın İTOÇU şirkəti AÇG layihəsindəki 3,65%-lik payını SOCAR-a sataraq layihəni tərk edib.
Son 15 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı belə olub:

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Son 14 ildə AÇG yatağında neft hasilatı 2,1 dəfə azalıb
06 Noyabr 2025 17:27
AÇG yatağında neft hasilatı yenə azalıb Son 14 ilin göstəriciləri
07 Avqust 2025 15:43
Son 14 ildə AÇG yatağında neft hasilatı 2 dəfədən çox azalıb İllər üzrə hasilat
12 Fevral 2026 15:38
Son 13 ildə AÇG də neft hasilatı 2 dəfəyə yaxın azalıb İllər üzrə statistika
13 Fevral 2025 15:04
Son 13 ildə AÇGdə neft hasilatı 187 milyondan 93 milyon barelə düşüb Siyahı
05 Noyabr 2024 12:51
Baxış sayı:74
Bu xəbər 04 Noyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















