Icma.az
close
up
RU
Son 21 ilin yüksəlişi xəzinəyə daim yüksək gəlir qazandırıb

Son 21 ilin yüksəlişi xəzinəyə daim yüksək gəlir qazandırıb

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il isə Azərbaycan dövlətinin ən böyük büdcəsi qəbul edildi

2024-cü il də Azərbaycan tarixində mühüm islahatlar dövrü kimi yadda qalacaq. Hesabat ilində müasir iqtisadi yanaşmaların diqqətdə saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin gücləndirilməsi, vergi və gömrük sistemində əsaslı dəyişikliklər edilməsi, şəffaflığın artırılması kimi mühüm addımlar atılması respublikada 2025-ci ildə dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək. Bütün bunlar möhkəm təməllərə əsaslanan milli tərəqqi modelinin tam olaraq formalaşdırılmasını şərtləndirəcək.

2024-cü il, eyni zamanda, büdcə siyasətinin müəyyənləşdirilməsində də əsas rol oynadı. Bu dövrdə icrasına 2022-ci ildə başlanılan və hazırda da uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası diqqət mərkəzində saxlanıldı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidənqurulması, eləcə də Böyük Qayıdışın reallaşdırılması üzrə tədbirlər planlarına prioritet istiqamətlər kimi yanaşıldı.

Bütün bunlarla bərabər, hesabat ilində ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi, ən vacib prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının gerçəkləşdirilməsi məsələləri qarşıya önəmli vəzifələr kimi qoyuldu. Cari büdcə siyasətinin formalaşmasında “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflər və hərbi xərclərin maliyyə öhdəliyi də diqqət mərkəzində saxlanıldı.

Prezident İlham Əliyevin 2024-cü il dekabrın 16-da təsdiqlədiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanunda əksini tapan göstəricilər də qarşıdakı dövrdə ölkə həyatının bütün sahələrinin davamlı inkişafını şərtləndirir. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat, xərclərinin 41 milyard 407 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlərin 37 milyard 562 milyon 64 min manat, yerli gəlirlərin 793 milyon 936 min manat, mərkəzləşdirilmiş xərclərin 40 milyard 608 milyon 389 min manat, yerli xərclərin 799 milyon 211min manat) məbləğində təsdiq edilməsi də vurğulanan fikrin bariz ifadəsidir.

Adıçəkilən qanuna əsasən, ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı onların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları, habelə inzibati cərimələr üzrə digər borcların ödənilməsinə aid edilmir.

Sənəddə Azərbaycanın 2025-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri isə hər bir şəhər və rayon üzrə müəyyənləşdirilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi məqsədli büdcə fondlarına aid edilənlərdən başqa) hesabına formalaşdırılır.

Bundan başqa, sözügedən qanuna əsasən, bu prosesdə 2025-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqandan (qurumdan), eləcə də dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi məqsədli büdcə fondlarının digər gəlirləri də əsas rol oynayır.

Qanunda Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 15 milyard 500 milyon manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 152 milyon 100 min manat, yerli xərclər 799 milyon 211 min manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid hissəsinin məbləği 14 milyard 553 milyon 964 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 5 milyon 275 min manat məbləğində təsdiqlənib.

Azərbaycan Respublikasının 2025-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 3 5 milyard manat təsdiq olunub. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) isə 2 milyard manat məbləğində nəzərdə tutulub.

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024 cü il Fərmanında Nazirlər Kabinetinə bir sıra məsələlərlə yanaşı, sahibkarların dövlət qurumlarına (orqanlarına) müraciətinin elektron təşkili, sahibkarlıq fəaliyyəti üçün zəruri məlumatların mərkəzləşmiş qaydada gerçəkləşdirilməsi, eləcə də sahibkarlıq subyekti barəsində məlumatın işlənilməsinə razılığın reallaşdırılması kimi önəmli vəzifələrin yerinə yetirilməsi tapşırılıb.

Bütün bunlarla yanaşı, sözügedən fərmanla hökumət qarşısında dövlət xidmətlərinin rəqəmsal formada “bir pəncərə” prinsipi əsasında təqdimi, eləcə də həmin xidmətlərə görə ödənişlərin həyata keçirilməsi, habelə dövlət xidmətinin göstərilməsində istifadə edilən müvafiq dövlət informasiya ehtiyatlarının və sistemlərinin (satınalma, lisenziya və icazələr, vergi, logistika, poçt sahələri) təkmilləşdirilməsi, o cümlədən sahibkarı təmsilçilik səlahiyyətinin idarə edilməsinin təşkili üçün Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda “Mygov Biznes” altsistemi yaradılmasının reallaşdırılması kimi öhdəliklər qoyulub.

Yuxarıda sadalananlarla bərabər, Azərbaycan Prezidentinin yuxarıda adıçəkilən fərmanında Nazirlər Kabinetinə dövlət orqanları (qurumları) tərəfindən sahibkarlara göstərilən xidmətlərə və hüquqi hərəkətlərə görə müxtəlif həcmdə və sayda rüsum, xidmət haqqı və tariflər formasında alınan ödənişlərin optimallaşdırılması, habelə yalnız ölkə Prezidentinin 2014-cü il 11 sentyabr tarixli Fərmanına əsasən yaradılmış Dövlət Xidmətlərinin Elektron Reyestrinə aid xidmətlər üzrə qanunla nəzərdə tutulmuş əsaslarda, eyni zamanda, həcmdə yığımların müəyyənləşdirilməsi, dövlət xidmətlərinə əlçatanlığın gerçəkləşdirilməsi, səmərəlik və şəffaflığın artırılması məqsədilə rəqəmsallaşmayan dövlət xidmətlərinin dairəsi aydınlaşdırılaraq onların “ASAN xidmət”də ifadəsinin həyata keçirilməsi tapşırılıb.

Nazirlərlər Kabineti, həmçinin “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanununun 12-ci maddəsi ilə təsdiq edilmiş daxili və xarici borcalmanın, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) çərçivəsində bazar konyunkturundan asılı olaraq milli və xarici valyutada borcalmanın, o cümlədən dövlət istiqrazlarının buraxılışının həyata keçirilməsi üçün tədbirlər də görəcək.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu isə bu fonddan dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi və Mərkəzi Bankı ilə əlaqələndirməklə reallaşdıracaq.

Ekspertlər dövlət büdcəsinin sosialyönümlüyünü diqqətə çatdıraraq qeyd edirlər ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsi gəlir və xərcləri bərabər olmaqla 7,7 milyard manat nəzərdə tutulur və bu cari illə müqayisədə 10,5 faiz çoxdur. İşsizlikdən sığorta fondunun büdcəsi gəlir və xərcləri bərabər olmaqla 261 milyon manat nəzərdə tutulur və bu cari illə müqayisədə 9,5 faiz yüksəkdir. Bu isə növbəti ildə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına imkan verəcəyini, aztəminatlı insanların sosial müdafiəsini gücləndirmək üçün büdcədə etibarlı maliyyə təminatının yaradılacağını deməyə əsas verir.

Ümumiyyətlə, 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkəmizin iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə yüksək səviyyədə cavab verir. Habelə ölkəmizin milli təhlükəsizliyinə, iqtisadiyyatın inkişafına, sosial rifaha, Qarabağın və Şərqi Zəngəzurun bərpasına, eləcə də digər dövlət maraqlarına xidmət edir. 2025-ci ilin büdcəsi dövlətimizin siyasi, iqtisadi və hərbi gücünü nümayiş etdirməklə, növbəti ildə də ölkə Prezidentinin qarşıya qoyulduğu çox mühüm və təxirəsalınmaz strateji vəzifələrin yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı yaradır.

2025-ci ilin büdcəsi minimum əməkhaqqının, minimum pensiyaların məbləğinin artırılmasına da şərait yaradır. Belə ki, növbəti ildə əmək pensiyalarının orta məbləğinin 535 manata, yaşa görə pensiyaların orta məbləğinin isə 571 manata çatacağı nəzərdə tutulur. Eyni zamanda, gələn il İşsizlikdən Sığorta Fondu büdcəsinin böyük hissəsinin fəal məşğulluq tədbirlərinə yönəldiləcəyi və bu çərçivədə özünəməşğulluq layihəsinin davam etdiriləcəyi, peşə hazırlığına diqqətin artırılacağı, DOST xidmətinin fəaliyyətinin genişləndiriləcəyi də nəzərdə tutulur.

Gələn ilin dövlət büdcəsinin əsas xərc istiqamətlərində əhalinin sosial müdafiəsi və sosial təminatı xüsusi diqqət çəkir. Şəhid ailələrinə, qazilərə qayğı dövlət siyasətinin prioritetləri sırasında önəmli yer tutur. Bütün istiqamətlər üzrə sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin 40 faizini üstələməsi də bunun bariz ifadəsidir. Onu da qeyd edək ki, 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımların 3 milyona yaxın vətəndaşı əhatə edəcəyi gözlənilir.

Müasir təhsilin inkişafı və əhalinin keyfiyyətli və qabaqcıl tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha çox vəsait nəzərdə tutulub. 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4 milyard manat vəsait ayrılıb. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi indiyədək uğurla həyata keçirilib. Bugünədək 2417 ailə – 9306 nəfər azad olunmuş ərazilərə köçürülüb.

Sonda onu da qeyd edək ki, gələn il “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası diqqət mərkəzində saxlanılacaq və 150 milyon manat vəsait ayrılacaq. Eyni zamanda, hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanmasına başlanılacaq.

Ümumiyyətlə, həyata keçirilən islahatlar ölkəmizi növbəti böyük dönüş astanasına gətirib. Yeni mərhələdə dayanıqlı inkişaf tədbirlərinin uğurla həyata keçirilməsi, o cümlədən iqtisadiyyatın innovativ üsullarla inkişaf etdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi, rəqəmsal ekosistemin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, habelə iqtisadi və sosial sahələrdə nəticəyönümlü islahatların davam etdirilməsi daha yüksək sosial-iqtisadi nailiyyətləri və artımı gerçəkləşdirəcək.

Beləliklə, dövlət başçısının xalqımızın rifahı və dövlətimizin qüdrətlənməsi naminə gördüyü böyük işlər Azərbaycan tarixinin parlaq səhifəsidir. Bu gün yeni strateji hədəflərə nail olmaq üçün bütün səmərəli artım mənbələrindən istifadəni dəyərləndirən Azərbaycan yeni reallıqlar şəraitində qalib və güclü iqtisadi potensialı olan dövlət kimi dünyada mövqelərini daim möhkəmləndirir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti bundan sonra da onilliklər ərzində xalqımızın rifahına böyük töhfə verəcək.

Vaqif BİNYATOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tədris ili üçün ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin sayı artırılıb

23 May 2025 11:28see219

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see134

Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

23 May 2025 11:06see133

Heç kimə görə beh qaytarmaram

23 May 2025 12:17see128

"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər"

23 May 2025 10:39see122

AZAL dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

23 May 2025 14:24see122

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK dan ŞİKAYƏT

23 May 2025 20:31see121

Trampın Harvard, Yel kimi universitetlərlə problemi nin kökündə nə dayanır?

23 May 2025 19:22see121

Heydər Əliyev və memarlıqda milli üslub

24 May 2025 01:22see121

Dua Lipa Qalatasaray dan nə qədər qonorar tələb edib?

23 May 2025 14:41see118

Şənbə üçün nəzm

24 May 2025 08:15see118

Eldar Əzimzadə kitabının son səhifəsində nə yazmışdı?

25 May 2025 00:27see117

Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub

24 May 2025 09:03see116

Finlandiya rusiyalılara daşınmaz əmlak satışını qadağan etməyi planlaşdırır

24 May 2025 05:16see116

PSJ 16 cı dəfə Fransa Kubokunun qalibi olub

25 May 2025 01:49see115

Ağcabədidə çiyid səpini başa çatıb

24 May 2025 12:28see115

DİN: Vətəndaşların hesablarından oğurluq edilir, daha çox zərər vura bilərlər

23 May 2025 10:51see115

Ekoloqların peşə bayramıdır Fotolar

23 May 2025 14:21see115

Ukrayna Xarici İşlər Nazirliyi Vatikanı danışıqlar üçün məqbul məkan sayır

23 May 2025 23:10see115

Karlo Ançelotti rəsmən Real Madrid dən ayrıldı

23 May 2025 14:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri