Son 4 ildə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyə yaxın artırılıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi aparılan sosial islahatlarda önəmli yer tutur.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumatda deyilib.
Bildirilib ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində, əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilib.
Beləliklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb.

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyə yaxın artırılıb
02 Dekabr 2024 19:56
Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyə yaxın artırılıb AZƏRTAC
02 Dekabr 2024 17:30
Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı artırıldı
02 Dekabr 2024 17:35
Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri ilə bağlı YENİLİK
02 Dekabr 2024 17:41
Əlillərə verilən reabilitasiya vasitələrin sayı 4 dəfə artırılıb
02 Dekabr 2024 17:36

