Icma.az
close
up
RU
Son 5 ildə azərbaycanlıların sağlamlıq vəziyyəti necə dəyişib? RƏSMİ GÖSTƏRİCİ

Son 5 ildə azərbaycanlıların sağlamlıq vəziyyəti necə dəyişib? RƏSMİ GÖSTƏRİCİ

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2020-ci ildə “ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı” 1 800 853 nəfər idisə, 2024-cü ildə bu rəqəm 2 870 154 nəfərə çatıb.

Son 5 ildə bu faiz göstəricisi üzrə ən çox artım 2021-ci ilə (23,2%) təsadüf edib.

Aşağıdakı cədvəldən də göründüyü kimi, ümumilikdə artım tendensiyası son 5 ildə hər il davam edib.

2024-cü ildə ölkədə qoyulan xəstəlik diaqnozları arasında “tənəffüs orqanlarının xəstəlikləri” (37,3%) xüsusi üstünlük təşkil edib. Bu göstərici, digər əsas xəstəlik qruplarından, yəni “həzm sistemi xəstəlikləri” (8,4%) və “qan dövranı sistemi xəstəlikləri”ndən (8,1%) dəfələrlə yüksək olub. Hər üç xəstəlik qrupu birlikdə ümumi diaqnozların təxminən 53,8%-ni təşkil etsə də, tənəffüs yolu xəstəliklərinin üstünlüyü, bu sahədə profilaktik tədbirlərin daha çox gücləndirilməsini zəruri edir.

2024-cü ildə ən az rast gəlinən xəstəlik 7,9% göstəricisi ilə “bəzi infeksion və parazitar xəstəliklər” olub. Digər xəstəliklər 2024-cü ildə 38,3% təşkil edib.

2024-cü ildə sayında ən çox artım müşahidə olunan xəstəlik (1 070 918 nəfər) tənəffüs orqanlarının xəstəlikləridir. Həzm sistemi, qan dövranı və infeksion xəstəliklər orta səviyyədə artım göstərərkən, travmalar, zəhərlənmələr, sidik-cinsiyyət, göz xəstəlikləri kimi sahələrdə də nəzərəçarpacaq, lakin nisbətən az artım müşahidə olunur.

5 il öncə ilə müqayisədə ən az artım isə endokrin sistem, dəri və qulaqla bağlı xəstəliklərdə qeydə alınıb. Bu tendensiyalar son illərdə tənəffüs sistemi ilə bağlı problemlərin daha da aktuallaşdığını və səhiyyədə bu sahəyə xüsusi diqqət ayrılmasının vacibliyini göstərir.

2024-cü ildə Cənubi Qafqaz ölkələri arasında əhalinin sayına nisbətdə ilk dəfə xəstəlik diaqnozu qoyulan şəxslərin payına diqqət etsək, burada ciddi fərqin olduğunu müşahidə edərik.

Rəsmi rəqəmlər əsasında aparılan təhlilə görə, ötən il Ermənistanda əhalinin 60,3%-nə ilk dəfə xəstəlik diaqnozu qoyulub. Gürcüstanda bu rəqəm 42,5% təşkil edib.

Ən aşağı göstərici isə Azərbaycanda (28,1%) qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri