Icma.az
close
up
RU
Son bir ildə ölkəmizdə maşın bazarında ən çox satışı Çin edir Ekspert

Son bir ildə ölkəmizdə maşın bazarında ən çox satışı Çin edir Ekspert

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. Bu isə bazarda yeni seqmentin formalaşdığını göstərir.
Məsələ üzrə bağlı nəqliyyat üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a açıqlamasında bildirib ki, Çin maşınları əsasən keçən ilin yayından sonra artmağa başlayıb:
“Amerikadan gələn 20 və 30-luq kruzalı “Toyota Prius”lara  qadağa qoydular. Elə həmin vaxtdan etibarən bazarın 90 %-i hibrid və plagin maşınlar oldu.  Keçən ilə, yəni 2024-cü ilə qədər, demək olar ki, şəxsi şəxslər sıfır kilometr maşınlar gətirirdi. Amma keçən ildən sonra, taksilərə müəyyən qadağalar qoyuldu – 2014-cü ildən yuxarı, yalnız komfort kateqoriyalı maşınlar işləyə bilər. Bu da gətirilən maşınların strukturunu dəyişdi.  İndi əsasən “Çangan” və “BYD” markalarının ən ucuz modelləri gətirilir və bu modellər taksiyə verilir. Onların isə bazar qiyməti nisbətən aşağıdır və ona görə də şəxsi istifadə üçün alırlar, çünki taksi fəaliyyəti üçün sərfəli deyil. Son bir ildə ölkəmizdə maşın bazarında ən çox satışı Çin edir”.
Ekspert diqqətə çatdırıb ki, amma bu maşınların ikinci əl versiyalarını alarkən iki əsas məsələyə fikir vermək lazımdır:
“Birincisi yürüş, ikincisi isə batareya vəziyyətidir. Bəzi modellərdə 24 ədəd ayrıca batareya olur və hər biri təxminən 100 dollara başa gəlir. Digər modellərdə isə bütöv batareya sistemi olur və onlar daha bahalı yəni, qiyməti 2.000–2.500 manat civarındadır. Bunların da 90  %-i keçən yaydan bəri gələn maşınlardır. Ən çox yoxlanılan hissələr isə elektronika hissələridir. Yəni, bataryanı dolduran generator elə bataryanın özüdür. Ən problemli hissələr məhz bataryalardır. Elektrik sistemində və bataryada nasazlıq olduqda, bu maşınların dəyəri və funksionallığı ciddi şəkildə azalır”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyul 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri