Icma.az
close
up
RU
Son beş ildə Azərbaycanda autizmli uşaqların sayı İKİ DƏFƏDƏN ÇOX ARTIB

Son beş ildə Azərbaycanda autizmli uşaqların sayı İKİ DƏFƏDƏN ÇOX ARTIB

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycanda son beş ildə tibb müəssisələrində autizm sindromlu şəxslərin sayı artıb.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, 2021-i ildən 2025-i ilədək 13 min 676 şəxsə autizm sindromu diaqnozu qoyulub.

Statistikaya görə, uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 2021-ci ildə 1624, 2022-ci ildə 2378, 2023-cü ildə 3029, 2024-cü ildə 3112, 2025-ci ildə isə 3533 nəfər olub. Atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı isə müvafiq olaraq 55, 64, 86, 103 və 123 nəfər təşkil edib.

Rəqəmlərdən aydın olur ki, son beş ildə uşaq autizmi iki dəfədən çox artıb.

2025-ci ildə bu kateqoriyada kişilərin sayı 1284-dən 2765-ə, qadınların sayı isə 340-dan 768-ə yüksəlib.

Yaş bölgüsünə əsasən, 0-13 yaş qrupunda qeydiyyatda olanların sayı 1227-dən 2726 nəfərə, 14-17 yaş qrupunda 385-dən 749 nəfərə, 18 və yuxarı yaş qrupunda isə 12-dən 58 nəfərə çatıb.

Atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı da artıb. Belə ki, 2021-ci ildə 55 nəfər olan göstərici 2025-ci ildə 123 nəfərə yüksəlib.

Bu dövrdə kişilərin sayı 40-dan 104-ə yüksəldiyi halda, qadınların sayı 15-dən 19-a yüksəlib.

Yaş qrupları üzrə 0-13 yaşda qeydiyyatda olanların sayı 35-dən 80-ə, 14-17 yaş qrupunda 19-dan 43-ə qalxıb.

18 və yuxarı yaş qrupunda isə 2021-2023-cü illərdə hər il 1 nəfər qeydə alınsa da, 2024 və 2025-ci illərdə bu yaş kateqoriyası üzrə qeydiyyat aparılmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 İyul 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri