Son bir həftədə 100 mindən çox əfqan qaçqın vətənə qayıdıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 8 sentyabr, AZƏRTAC
Son bir həftədə qonşu İran və Pakistandan ümumilikdə 107 min 37 əfqanıstanlı qaçqın öz vətənlərinə qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qaçqınlar və Repatriasiya Nazirliyinin bazar günü açıqladığı hesabatda deyilir. Nazirlik bildirib ki, qayıdan bütün insanlara ərzaq, içməli su, tibbi xidmətlər və doğma şəhərlərinə pulsuz nəqliyyat da daxil olmaqla zəruri yardım göstərilib. Onların reinteqrasiyasını dəstəkləmək üçün 2,3 milyon dollardan çox pul yardımı edilib. Hazırda isə xaricdə əksəriyyəti sənədsiz olan 6 milyona yaxın əfqan qaçqın yaşayır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının avqustun əvvəlində yaydığı hesabata əsasən, bu il Pakistan və İrandan 2,3 milyondan çox əfqan qaçqın geri qayıdıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 08 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















