“Son cümlə ölkənin gələcək iqtisadi həyatı üçün həyati əhəmiyyətli tezisdir” Şərh
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
“Dünən Prezidentin müsahibəsində təxminən 10-a yaxın siyasi istiqamət öz əksini tapdı. (iqtisadi istiqamətlərlə bağlı fikirlərimi ayrıca bölüşəcəm). Siyasi istiqamətlərin əksəriyyəti xarici siyasətə, bir neçəsi isə daxili siyasi istiqamətə aid idi”
Gununsesi.info bildirir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib:
“Daxili siyasi vəziyyətlə bağlı 2 məqam çox önəmli idi. Belə ki, Prezident bildirdi ki, müharibədən sonrakı dövrdə ölkə idarəçiliyi fövqəladə qərarlar mərhələsindən çıxaraq daha sistemli və davamlı idarəetmə mərhələsinə keçir.
İkinci məqam isə o idi ki, Prezident açıqladı ki, güclü dövlət anlayışı artıq yalnız təhlükəsizliklə deyil, səmərəli və məsuliyyətli idarəçiliklə ölçülür. Bu son cümlə ölkənin gələcək iqtisadi həyatı üçün həyati əhəmiyyətli tezisdir. Çünki, səmərəli və məsuliyyətli idarəçilik ölkə iqtisadiyyatının 3 dayağından 2-sidir.
Xarici siyasət xəttinə dair isə əsas məqamlar daha çox idi. Prezident bildirdi ki, Ermənistanla sülh prosesi geri dönməz mərhələyə daxil olub və bu sülh yaranmış real güc balansının nəticəsidir. Qərb ölkələri ilə münasibətlər emosiyalara yox, qarşılıqlı maraqlara əsaslanacaq. Azərbaycan ABŞ tərəfindən regionda sabitlik yaradan tərəfdaş kimi qəbul olunur. Çinlə əməkdaşlıq qlobal balans siyasətinin mühüm hissəsinə çevrilir. Türk dövlətləri ilə münasibətlər daha praktik mərhələyə keçir. Zəngəzur dəhlizi artıq siyasi mübahisə mövzusu deyil və öz icrasını gözləyən texniki məsələdir”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 06 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















