Icma.az
close
up
RU
SON DƏQİQƏ! Düyməyə basıldı Bu əraziyə hərbi qüvvələr yerləşdirildi

SON DƏQİQƏ! Düyməyə basıldı Bu əraziyə hərbi qüvvələr yerləşdirildi

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Suriya ordusu Hələbdəki Deyr Hafir xəttində mülki şəxslərin təhlükəsiz şəkildə təxliyəsini təmin etmək məqsədilə genişmiqyaslı hərbi yerləşdirmə həyata keçirib.

Turkustan.az xəbər verir ki, ordu daha əvvəl açıqlamışdı ki, bu gün saat 09:00–17:00 aralığında SDF terror təşkilatının nəzarətində olan Deyr Hafiri tərk etmək istəyən mülki şəxslər üçün humanitar dəhliz açılacaq.

Məlumata görə, Suriya Ordusu Hələb mərkəzindən təxminən 60 kilometr məsafədə yerləşən Deyr Hafir xəttinə genişmiqyaslı qüvvə yerləşdirib. Bildirilir ki, bölgədəki hərəkətlilik mülki əhalinin təhlükəsiz təxliyəsinə hazırlıq xarakteri daşıyır.

Anadolu Ajansı müxbirinin Suriya ordusu rəsmilərinə istinadən verdiyi xəbərə görə, YPG/SDF mülki şəxslərin ərazini silah gücü ilə tərk etməsinə mane olur.

Deyr Hafirdən mülki əhalinin təxliyəsinə məsul olan və adının açıqlanmasını istəməyən hərbi rəsmi bildirib:

“Humanitar dəhliz açılıb. Suriya ordusu terror təşkilatının nəzarətində olan bu ərazidən mülki əhalini təhlükəsiz şəkildə çıxarmaq istəyir. Bütün zəruri tədbirlər görülüb. Lakin terror təşkilatı mülki şəxslərin silah gücü ilə ərazini tərk etməsinə mane olur.”

Rəsmilər xatırladıblar ki, Suriya ordusunun Hələbin Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində apardığı əvvəlki əməliyyatlar zamanı da terror təşkilatı mülki əhalinin münaqişə zonasını tərk etməsinə mane olmağa çalışıb və onlardan canlı qalxan kimi istifadə edib.

Bu arada, Suriya ordusunun bölmələri Deyr Hafirdən təxminən 5 kilometr aralıda nəzarət məntəqəsi qurub. Məntəqədəki əsgərlər bildiriblər ki, terror təşkilatının maneələri səbəbindən indiyədək heç bir mülki şəxs ərazini tərk edə bilməyib. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Yanvar 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri