Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

SON DƏQİQƏ: Qurban Qurbanov Juninyo məsələsində son durumu açıqladı

SON DƏQİQƏ: Qurban Qurbanov Juninyo məsələsində son durumu açıqladı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün "Zirə"yə (4:2) qarşı keçirilmiş yoxlama görüşündən sonra jurnalistlərə müsahibə verib.

"Football-plus.az" həmin müsahibəni təqdim edir:
- Matç sizin üçün necə alındı?
- Yaxşı oyun oldu. Bu gün hər futbolçuya oynamaq şansı verdik. Doğrudu, bəzi futbolçular dəqiqə olaraq, az oynadılar. Bu da planlaşdırılmışdı. Abdullah Zubir, Marko Veşoviç və Bəhlul Mustafazadəni nəzərdə tuturam. Onların ikisi xəstə idi, Bəhlul zədədən qayıtmışdı. Bu futbolçuların az oynaması lazım idi. Rəşad Sadıqov da sağolsun, belə proqramla razılaşdılar və bu cür oyun keçirdik. Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı oyun idi. Sakit, intizamlı matç oynadıq. Razı qaldıq. Hazırlıq proqramımızın son oyun idi. Əsasən də son işi idi. Ümumən pis alınmadı.
- Hazırlıq dövründə istədiklərinizi əldə edə bildiz?
- Ümumən razı qaldım. Amma istədiklərimin hamısı həyata keçə bilməz. Vaxtımız, məşq sayımız azdı. Qarşıdakı aylarda futbolçular tam, öz idman formasını yığdıqdan sonra onlardan maksimumu tələb edə biləcəyik. Ümumən razı qaldım.
- Heyətdə Davud Mansumov və Amin Rzayev haqda hansı fikirdəsiz?
- Yaxşıdılar. Nə qədər vaxtdı ki, bizimlə məşq edirlər. Davudu komandaya bir az gec cəlb etmişik . Üç aydı ki, bizimlə məşq edir. Aminin 16 yaşı var və 1 ilə yaxındı ki, bizimlədi. Aftandil Hacıyev onu bizə təklif etmişdi ki, perspektivli uşaqdı. Həm fiziki durumunu yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. Yavaş-yavaş komandaya cəlb olunurlar. Amma hələ gəncdilər. İstəyirik ki, kollektivin içində böyüsünlər. Hazırda Amini bu yaşda “Qarabağ”da stoper kimi oynadırıqsa, özü də bunu düzgün etməyə çalışırsa, həm bizim, həm də özü üçün üstünlükdü. Davud da özünü itirmirsə, kollektivdə qol vurmaq üçün çəkinmədən hücuma gedirsə, bu da həm özü, həm də bizim üçün müsbət haldır. İntizamlı uşaqlardı.
- Juninyo məsələsində son durum nə yerdədi?
- Rəhbərlikdən də deyirlər ki, məsələ sonluğa doğru gedir. Dünən və bu gün rəhbərlikdən heç kimi görməmişik. Ona görə də bir söz deyə bilməyəcəm. Hər şey tamamlanmağa doğru gedir.
- Juninyonun yerində olsaydınız, “Sevilya”nı, yoxsa “Flamenqo”nu seçərdiz? Məvacibi, yoxsa Avropa karyerası daha üstünlük təşkil edərdi?
- İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin. Amma Juninyo tərəfdən baxsaq, bəlkə də düzgün qərar qəbul edir. Çünki özü braziliyalıdı. Braziliyanın ən böyük klublarından birinə gedir. Rəhbərlik də orada dəyişib. “Flamenqo”nun baş məşqçisi futbolçu kimi çox böyük uğurlar əldə etmiş biri olub. Birbaşa özü ilə təmasda olublar və ona bəzi fikirləri çatdırıblar. Burada söhbət tam finansdan getmir. Braziliya mentaliteti rol oynayır. Braziliyadan da ona diqqət çox idi. Bəzi amillər var, hansı ki, onu mən bilmirəm. Ola bilər ki, braziliyalı olması “Flamenqo” seçiminə təsir edib.
- AFFA-nın legioner limitini ləğv edəcəyi ilə bağlı fikirlər səsləndirilir. Siz bu haqda nə düşünürsüz?
- Bu haqda fikir bildirmişəm. İcraiyyə Komitəsinin üzvüyəm və ona görə də, hansısa fikir bildirməyim doğru olmazdı. Çünki o qrupda iştirak edirəm. İndi fikir bildirməyim düzgün deyil.
- Yeni inkişaf strategiyasında 5 əsas maddə üzə çıxarılıb və millinin FİFA reytinqində 70-ci sıraya qədər yüksəlməsi əsas hədəflərdəndi. Sizcə, bunu əsas beş hədəfdən ikisi kimi qabartmaq doğrudu?
- Hazırda konkret fikir söyləmək tezdir. Futbol, idman stabilliyi xoşlayır. Biz birdən-birə 10 mərhələ irəli gedə bilərik, ya da geri düşə bilərik... Amma bununla hər şeyin tamamlandığını deyə bilmərik. Ya da , irəli getdiksə, inkişaf etmişik, bir il sonra geri düşəndə, tam əksini düşünmək doğru olmaz. Hələ ki strategiya planı da tam formalaşmayıb. Hər şey tam formalaşdıqdan sonra, bəzi lazımı onlar elementləri bizə uyğun olanları ayrıca götürüb onların ətrafında müzairə aparılsa, daha doğru olar. Onsuz da, bu hədəflər inkişaf etmək üçün irəli sürülür. Hansı bizim üçün uyğun və uğurlu olacaq, bu gün nəsə deməyim tezdi. Hər şey tamamlandıqdan sonra daha böyük müzakirə mövzusu ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Yanvar 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri