SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən "DeepState" monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran məlumatlar yayıb.
Bizim.Media xəbər verir ki, Rusiya qoşunları şərq cəbhəsinin strateji əhəmiyyətli bir neçə məntəqəsində irəliləməyə nail olublar.
Məlumata görə, işğalçı qüvvələr hazırda üç əsas istiqamətdə aktivliyini artırıb:
Rusiya bölmələri Yampol yaşayış məntəqəsi yaxınlığında mövqelərini genişləndirib. Bu ərazi hər iki tərəf üçün strateji keçid məntəqəsi hesab olunur.
Slavyansk istiqamətində, Bondarnoye kəndi ətrafında rusların irəliləyişi qeydə alınıb. Bu, Slavyansk şəhərinə gedən müdafiə xətləri üçün birbaşa təhlükə yaradır.
Konstantinovka ətrafında ən ciddi aktivliklərdən biri də Stepanovka kəndi yaxınlığında müşahidə olunur. Buradakı irəliləyiş Rusiyaya logistik qovşaq olan Konstantinovkaya təzyiqi artırmaq imkanı verir.
Hərbi ekspertlər bildirirlər ki, Rusiya ordusu fevral ayı ərzində hücum tempini maksimuma çatdıraraq, Ukraynanın müdafiə sədlərini müxtəlif nöqtələrdən yarmağa çalışır. Ukrayna Silahlı Qüvvələri isə bu istiqamətlərdə ağır döyüşlərin getdiyini və düşmənin canlı qüvvə üstünlüyündən istifadə etdiyini bildirib.
Bizim.Media
Baxış sayı:131
Bu xəbər 08 Fevral 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















