Icma.az
close
up
RU
SON DƏQİQƏ: Sülh masası quruldu Danışıqlar başladı

SON DƏQİQƏ: Sülh masası quruldu Danışıqlar başladı

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Bu gün Rusiya və Ukrayna arasında yeni bir diplomatik təmas reallaşır. Nümayəndə heyətləri İstanbulda keçiriləcək görüş çərçivəsində bir araya gələcək. Görüşün məqsədi iki ölkə arasında gərginliyi azaltmaq və mümkün əməkdaşlıq yollarını müzakirə etməkdir. Danışıqların nəticələri regional təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı tanınmış politoloq, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl Yenisabah.az-a danışaraq mühüm məqamlara toxunub.

“Bu, sülhə doğru ilk addım sayıla bilər” pizza sifarişi

Politoloq bildirib ki, İstanbulda baş tutacaq görüşü sülhə aparan yolda ilkin addım kimi qiymətləndirmək mümkündür:

“Lakin bu, dərhal atəşkəs və ya barış sazişi anlamına gəlmir. Rusiya-Ukrayna müharibəsi təkcə iki ölkənin deyil, bir çox beynəlxalq güc mərkəzlərinin maraqlarının kəsişdiyi mürəkkəb bir böhrandır. Hazırkı danışıqların əhəmiyyəti ondan ibarətdir ki, tərəflər hələ də bir-biri ilə ünsiyyət kanallarını açıq saxlayırlar. Əgər bu görüşdə humanitar məsələlər, məsələn, əsir mübadiləsi və ya dinc əhalinin təxliyəsi ilə bağlı razılıq əldə olunarsa, bu gələcəkdə daha ciddi müzakirələr üçün etimad mühiti yarada bilər”.

İstanbulun seçimi təsadüfi deyil

Toğrul İsmayıl görüşün İstanbulda keçirilməsinin xüsusi məna daşıdığını bildirib:

“İstanbul həm geosivilizasion, həm də geostrateji baxımdan əhəmiyyətli məkandır. Türkiyə bu şəhər vasitəsilə dünyaya üç əsas mesaj verir: birincisi, neytral platforma təqdim etmək bacarığını; ikincisi, Qara dəniz regionunda söz sahibi olduğunu; üçüncüsü isə Qərblə Şərq arasında körpü rolunu oynadığını. Bu, Türkiyənin özünü beynəlxalq arenada ‘tərəfsiz vasitəçi’ kimi tanıtmaq strategiyasının bir hissəsidir”.

Qərbsiz danışıqlar nəyə qadirdir?

Politoloqun sözlərinə görə, Qərb ölkələrinin iştirakı olmadan münaqişənin strateji həllinə nail olmaq çətindir:

“ABŞ, Böyük Britaniya, Almaniya və Fransa kimi güclər Ukraynaya əsas dəstək verən aktorlardır. Onların prosesdən kənar qalması yekun razılaşmanın legitimliyi baxımından problem yarada bilər. Amma bu, danışıqları tamamilə əhəmiyyətsiz etmir. Əksinə, belə görüşlər ilkin etimadın formalaşması və texniki-humanitar məsələlərin həlli üçün vacibdir”.

Türkiyənin fəallığı Azərbaycana nə vəd edir?

Ekspertin fikrincə, Türkiyənin bu prosesdə fəal rolu Azərbaycanın da regional mövqeyini möhkəmləndirə bilər:

“Əgər Türkiyə uğurlu vasitəçilik nümayiş etdirə bilsə, bu, onun Cənubi Qafqazda da etibarlı oyunçu kimi mövqeyini gücləndirəcək. Bakı-Ankara tandemi yeni diplomatik və iqtisadi imkanlar qazana bilər. Bundan başqa, Türkiyənin Qərb və Rusiya ilə paralel münasibətləri balanslaşdırması, Azərbaycanın da oxşar strategiyasına dəstək ola bilər. Bu dinamika Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrin reallaşmasına da müsbət təsir göstərə bilər”.

Nəticə etibarilə, İstanbul görüşü hələ ki yekun razılaşma anlamına gəlməsə də, diplomatik atmosferin dirçəldilməsi baxımından əhəmiyyətli mərhələ hesab olunur. Bu isə bölgədə sabitliyə doğru atılmış mühüm addım kimi dəyərləndirilə bilər.

Rəvan Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri