Icma.az
close
up
RU
Son günlərin təhlükəli trendi Üzgərmə necə dəb oldu?

Son günlərin təhlükəli trendi Üzgərmə necə dəb oldu?

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə sosial şəbəkələrdə "üzgərmə” (yəni estetik müdaxilə ilə üzün formalaşdırılması) əməliyyatı geniş yayılıb. İnsanlar üz cizgilərini daha simmetrik və ifadəli göstərmək üçün müxtəlif prosedurlar etdirirlər.

AZXEBER.COM xəbər verir ki,  mütəxəssislər xəbərdarlıq edir ki, bu müdaxilələrin həm sağlamlıq, həm də estetik riskləri mövcuddur.

Sağlamlıq riskləri deyəndə infeksiya, allergik reaksiyalar, sinir və əzələ zədələnməsi kimi qalıcı fəsadlar nəzərdə tutulur.

Sterilizasiya qaydalarına əməl edilmədikdə infeksiyaya yoluxma ehtimalı artır. Dolğu və botoks bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər ki, bu da ölümcül nəticələrə gətirib çıxara bilər. Sinir və əzələ zədələnməsi isə peşəkar olmayan müdaxilələr ilə üz əzələlərinə və sinirlərə zərər verə bilər.

Sözügedən əməliyyatın estetik fəsadları da az deyil. Belə ki, asimmetriya, təbii görünüşün pozulması və uzunmüddətli deformasiya bu kimi fəsadlardandır.

Qeyri-peşəkar prosedurlar üzdə balanssız görünüş yarada bilər. Həddindən artıq müdaxilə isə üzün təbii ifadəsini süni göstərə bilər. Bəzi dolğu və implantlar illər sonra əks effekt verə bilər və üz deformasiyaya uğrayar.

Bu kimi fəsadların pasientlərə psixoloji təsirləri də az deyil. Özünə inamın azalması, gözləntiləri qarşılamadıqda insanlarda yaranan narazılıq, sosial media təsirləri insanları daha çox plastik əməliyyatlara meyl etməyə təşviq edir.

Estetik həkimlər bildirir ki, üzgərmə yalnız peşəkar mütəxəssis tərəfindən və sağlamlıq yoxlamasından sonra həyata keçirilməlidir. Həddindən artıq müdaxilə həm fiziki, həm də psixoloji problemlərə yol aça bilər.

Instagram, TikTok və digər platformalarda müğənnilər, influenserlər və məşhurlar üzgərmə edərək fərqli görünüşə bürünərək paylaşımlar edirlər. Onların bu "ideal" görünüşü xanımlarda maraq doğurur. Beləliklə insanlar gündəlik olaraq yüzlərlə "ideal sima” görür və bunu təqlid etmək istəyi yaranır.

Üzgərmə populyar trend olsa da, qərar verərkən sağlamlıq, təbii görünüş və psixoloji balans prioritet olmalıdır. Bu müdaxilələrdən əvvəl risklər barədə ətraflı məlumat almaq vacibdir.

Aysel Hacızadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 Aprel 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri