Son iki gündə Azərbaycana təxliyə olunanlar arasında İran əsilli ABŞ vətəndaşları çoxluq təşkil edir
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son iki gündə İrandan Azərbaycana təxliyə olunan əcnəbilər arasında İran əsilli ABŞ vətəndaşları çoxluq təşkil edir.
APA-nın cənub bürosu xəbər verir ki, bu gün səhərdən İrandan Azərbaycana Avstraliya, Almaniya, Tacikistan, İran, ABŞ, Kanada, İtaliya və Venesuela vətəndaşları təxliyə olunub.
Son saatlarda qonşu ölkədən Azərbaycana əsasən İran əsilli ABŞ vətəndaşlarının təxliyəsi daha çox müşahidə olunur.
Əslən Təbriz şəhərindən olan Vəliəhmədi Zonuz deyir ki, son 3 ildir Bakı şəhərində yaşayır: “Yenidən Azərbaycanda olduğuma görə çox məmnunam. Tamam rahat gəlmişəm. Burada keçəndən sonra bizə lazımi diqqət göstərdilər, rahat keçib gəlmişik".
Qeyd edək ki, bəzi ölkələr İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycan dövlətinə müraciət ediblər. Bir neçə gündür “Astara” dövlət sərhədinin buraxılış məntəqəsindən İranda olan əcnəbi vətəndaşların təxliyəsi aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 25 İyun 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















