Son iki ildə Azərbaycanda xarici şirkətlər tərəfindən iki film və iki serial çəkilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 17 dekabr, AZƏRTAC
Son iki ildə Azərbaycanda xarici şirkətlər tərəfindən iki film və iki serial çəkilib. Onların arasında Yaponiya istehsalı olan və “Netflix”də yayımlanan “Vivant” serialı xüsusilə diqqət çəkir. Həmçinin xarici audiovizual kontent yaradan şirkətlər ölkəmizdə klip və televiziya layihələri də istehsal edirlər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri Turan Məmmədli məlumat verib.
Onun sözlərinə görə, bu kimi layihələr Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. “Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 31 may 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq, 4 iyul 2025-ci il tarixində Nazirlər Kabineti tərəfindən “Xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib və bu qaydalara əsasən ölkəmizdə çəkilişlər üçün xərclənən vəsaitin 40 faizə qədəri geri ödənilə bilər. Bu öz növbəsində xarici istehsalçıları ölkəmizdə işləməyə daha çox təşviq edəcəkdir”, - deyə agentliyin Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 17 Dekabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















