Icma.az
close
up
RU
Son illərin ən sönük “transfer pəncərəsi”

Son illərin ən sönük “transfer pəncərəsi”

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Avropanın aparıcı liqalarında yenicə başa çatan “transfer pəncərəsi”ni qısaca “sakit” və ya hətta “sönük” sözü ilə xarakterizə etmək olar.

Bəlkə də bu heç kimi təəccübləndirməməlidi. Cəmi bir ayığa açılan yanvar pəncərəsi əsasən yardımçı xarakter daşıyır. Klublar, adətən, zədə üzündən sıradan çıxan oyunçusunu əvəzləmək və ya problemli mövqeyi qapamaq üçün bazara çıxır. Bir başqa kateqoriyaya da autsayderlər aiddi, elitanı tərk etmək təhlükəsi ilə üzləşən belələri xilas olmaq üçün qaçaraq heyəti gücləndirir. Xüsusən də komanda gözlənilmədən turnir cədvəlinin zirzəmisinə yuvarlanıbsa – məsələn, bu mövsümün “Fiorentina”sı kimi.
Ancaq biz yanvarın fərqli ola biləcəyini də anlayır və xatırlayırıq. Bəlkə də kimsə unudub, amma Fernando Torres “Liverpul”dan “Çelsi”yə (58,5 milyon avro, 2011), Vircil van Diyk “Sautjempton”dan “Liverpul”a (84,65 milyon avro, 2018), Filippe Koutinyo “Liverpul”dan “Barselona”ya (135 milyon avro, 2018), Bruno Fernandeş isə “Sportinq”dən MY-yə (65 milyon avro, 2020) məhz qışda keçmişdi.
2023-ün yanvarında “Benfika”dan Entso Fernandesi 121 milyon avroya alan “Çelsi” də bazarı əməlli-başlı silkələmişdi.
Bir il əvvəl “Mançester Siti” də bazarda aqressiv davrandı. Mövsüm uğursuz alındığından komanda yenilənməyə ehtiyac duyurdu, belədə klub rəhbərliyi yayı gözləmədi. “Siti” Omar Marmuş üçün 75 milyon, Abdulkodir Xusanov üçün 40 milyon və Niko Qonsales üçün 60 milyon avro xərcələdi – sonuncuya zədəli Rodrinin əvəzedicisi kimi baxırdılar. Elə onda Xviça Kvaratsxeliya da “Napoli”ni PSJ-yə 70 milyon avroya dəyişdi. Səudiyyə Ərəbistanının klubları da fəal idi. Onlar Con Duranı “Aston Villa”dan 70 milyon, Qalenonu “Portu”dan 50 milyon avroya sıralarına cəlb etdi.
Bütün bu sadaladıqlarımızın fonunda 2026-nın yanvarı açıq-aşlar tutqun alındı. Sözsüz, bəzi maraqlı sövdələşmələr gerçəkləşdi, ancaq ortada səs-küylü keçidlər yoxdu. Təsəvvür edin ki, bu dəfə hətta “Çelsi” də heç kimi almadı – London klubu isə bazarda yaşananların indikatoru rolunu oynayır.
Hə, “Mançester Siti” susmadı: “şəhərlilər” 72 milyon avroya (qışın ən baha transferidi) heyətini Antuan Semenyo ilə gücləndirdi, üstəlik Mark Qehi üçün də 23 milyon ödədi. Ancaq müdafiəçinin alınması Con Stounz, Ruben Diaş və Yoşko Qvardiolun zədəsi üzündən məcburi addım idi.
“Atletiko” da gözlənilmədən bazarda fəallıq göstərdi: “hindular” Cakomo Raspadori və Konnor Qallaher ilə vidalaşdı, əvəzində Ademola Lukman, Rodriqo Mendosa və Obed Varqası “rənglərinə bağladı”.
Son günün ən səs-küylü transferi Yorgen Strann Larsenin “Vulverhempton”dan “Kristal Pelas”a 50 milyon avroya keçidi oldu. Düzdü, bu, “qartallar”ın tarixi üçün rekord alışdı, ancaq o da ümumi sakitliyi pozmur.
Ayın ən intriqalı transferi isə “Liverpul”un “Renn”dən 20 yaşlı mərkəz müdafiəçisi Jeremi Jakeni 63,5 milyon avroya almasıdı. “Real”la “Çelsi”nin də ciddi maraq göstərdiyi fransızı fiziki gücünə və futbol intellektinə görə artıq “yeni Van Diyk” adlandırırlar. Düzdü, o, “Enfild”də yalnız yayda qədəm qoyacaq, cari mövsümü isə “Renn”də bitirəcək. Bəlkə də əla investisiyadı, ancaq Lenni Yoro ilə bağlı çəkindirici nümunə də var: o, 18 yaşında “Lill”dən MY-yə 62 milyon avroya keçdi, ancaq İngiltərədə potensialını hələ də aça bilməyib.
Top-klubların və bunlara yaxın olanların indiki sakitliyinin bir neçə səbəbi var. Həm Avropa futbolundakı, həm də klubdaxili “maliyyə feyr-pleyi” bunda önəmli rol oynayır. Məsələn, İngiltərədə son illər tələblər önəmli dərəcədə sərtləşdirilib. Elə həmin MY Semenyo ilə maraqlanırdı, ancaq “Siti” “Bornmut”a daha sərfəli şərtlər təklif etdi, belədə Mançesterin qırmızı hissəsində pulu qorumağa üstünlük verdilər ki, ertəsi, tutaq ki, sıravi əməkdaşların naharından qənaət etməyə məcbur olmasınlar.
“Arsenal” və “Bavariya” kimi bəzi nəhənglərin onsuz da güclənməyə ciddi ehtiyacı yoxdu. “Real” artıq illərdi prinsipial şəkildə qışda bazara çıxmır. “Barselona” üçün isə bu gün hər yeni transfer mürəkkəb mühasibatlıq məsələsinə çevrilir.
İtaliyada “Yuventus”un baş məşqçisi Luçano Spalletti, yəqin ki, müntəzəm zədələnən Duşan Vlahoviçlə Arkadiuş Milikin əvəzinə qabaritli mərkəz hücumçusu almaq istəyərdi, ancaq klub heç bir münasib variant tapa bilmədi. “Milan”da oxşar problemi müvəqqəti həll etdilər – Nikolas Füllkruqu icarəyə götürməklə. Hərçənd “qırmızı-qaralar” başqa forvard da ala bilərdi, ancaq Jan-Filipp Mateta tibbi baxışdan keçmədi.
Təbii ki, yayda bazar daha hərəkətli olacaq. Bir halda ki, qarşıdan ənənəvi şəkildə transfer fəallığını artıran dünya çempionatı gəlir.
"Football-plus.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Fevral 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri