Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Bakıda ehsan süfrəsinin qiyməti açıqlandı: BAHALIDIR

Bakıda ehsan süfrəsinin qiyməti açıqlandı: BAHALIDIR

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlər Azərbaycanın bir sıra bölgələrində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. 

Belə ki, yasda təkcə çay süfrəsinə icazə verilir.İddialara görə, bu təşəbbüslərdən biri də Samux rayonunda və kəndlərində gerçəkləşib. Artıq ağsaqqallar və yerli sakinlərin qərarı ilə yas mərasimlərində geniş ehsan süfrələri qurulmur və yasda sadəcə çay süfrəsinə icazə verilir.

Bu isə cəmiyyətdə həm sosial yükün azaldılması, həm də dini-mənəvi dəyərlərin qorunması baxımından müxtəlif müzakirələrə səbəb olub. Məhz yas mərasimlərində ehsanın verilməsinin ləğvi mərasim evlərinin taleyinin necə olacağı məsələsini gündəmə gətirir. Bu hal hazırda mərasim evlərinə necə təsir edir? Onların menyu qiymətlərində fərq yaradıbmı? 

“Cebheinfo.az” paytaxtda yerləşən bir neçə mərasim evi ilə əlaqə saxlayaraq, hazırda bir nəfər üçün ehsan süfrəsinin qiymətini araşdırıb. 

Məlum olub ki, bəzi mərasim evlərində ehsan süfrəsində müxtəlif növ xörəklər ilə çay süfrəsi arasında qiymət fərqi var.  

Belə ki, “İnam” mərasim evində bir nəfər üçün tam menyu, yəni ehsan süfrəsində xörəklə birlikdə çay süfrəsi 13 manata başa gəlir. Yalnız çay süfrəsi təşkil olunarsa, bu məbləğ 8 manat təşkil edir. Bu da göstərir ki, sadəcə çay süfrəsinin təşkili həm təşkilatçı, həm də ailələr üçün daha az maliyyə xərci yaradır. 

“Təzəpir” məscidindən isə qiymət barədə konkret cavab verilməyib.Bildirilib ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlamaq daha məqsədəuyğundur.“Vida” mərasim evində də ehsan süfrəsinin bir nəfərə düşən xərci 12-13 manat arasında dəyişir. 

Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən mərasim evlərində ortalama qiymət 8-14 manat (standart menyu) arasında dəyişir.

Mövzu ilə bağlı İlahiyyatçı Fazil Əhməd “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yas mərasimlərində ehsan verilməsi, istər şəhər, istərsə də kənd yerlərində cəmiyyətin sosial sifarişi ilə bağlı olan bir məsələdir:

“Rayonlarımızda artıq bir müddətdir belə bir xəbər yayılıb ki, bir çox kənd və qəsəbələrdə yas mərasimlərində böyük ehsan süfrələri ləğv edilib, yalnız çay süfrəsinə icazə verilir.

Bu, bir tərəfdən sevindirici haldır. Ümumiyyətlə, yas mərasimlərində ehsan verilməsi, istər şəhər, istərsə də kənd yerlərində bu, cəmiyyətin sosial sifarişi ilə bağlı olan bir məsələdir.

Əslində isə vəziyyət heç də deyilən kimi deyil, əvvəlcə mərasim zalları açılıb, sonra insanlar ehsan süfrəsi (yemək) verməyə başlayıblar. Əksinə, mərasim zallarını ilk dəfə açan şəxslər bu sosial sifarişi, yəni insanların mərhumlarının ruhuna ehsan verməyə can atmalarını, buna vaxt və vəsait sərf etmələrini görərək bu işi qurublar.

Çadırlar bu ehtiyacı tam qarşılamadığından insanlar mərasimləri bir qədər mədəni və sivil formada təşkil etməyə meyil etdilər. Necə ki, şadlıq sarayları yaranıbsa, eyni şəkildə mərasim evləri də formalaşmağa başladı.

Əvvəllər mərasim evləri hər məhlədə mövcud idi, orada yer pulu alınmazdı. İnsanlar öz maddi imkanları ilə bu mərasimləri təşkil edirdilər, lakin bu, ev sahibləri üçün müəyyən çətinliklər yaradırdı.

Buna görə də bəzi insanlar sosial sifarişə cavab olaraq mərasim evləri açmağa başladılar. Əvvəllər nadir hallarda rast gəlinən bu mərasim evləri zamanla həm şəhərlərdə, həm də rayonlarda geniş yayılmağa başladı.

Burada əsas məsələ ondan ibarətdir ki, cəmiyyətdə tələb olmayan heç bir xidmət meydana çıxmaz. Əgər insanlar zəngin ehsan süfrələri istəyirsə, deməli, bu xidmətə tələbat var və buna görə də mərasim evlərinin sayı artıb”.

O qeyd edib ki, cəmiyyətimizdə zəngin ehsan süfrələrinə tələb olduğu üçün bu il mərasim evlərinin sayı əvvəlki illərə nisbətən xeyli artıb:

“Məsələnin mahiyyətindən biri də elə budur. Real vəziyyətə gəlincə, hələlik Bakı şəhərində mərasim evlərində ehsan süfrələrinin tamamilə yığışdırılması barədə bir qərarın verilməsini gözləmirəm.

Bu, daha çox maarifləndirici yanaşmalarla mümkün ola bilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bu sahədə illərdir maarifləndirmə aparır. Bildirirlər ki, bu məsələnin inzibati formada qadağan edilməsi çətindir və bəzən cəmiyyətdə narazılıqlara səbəb olur.

Hətta maddi çətinlik çəkən bəzi insanlar belə qeyd edirlər ki, onlar istədikləri üçün ehsan verirlər, bu onların şəxsi qərarıdır. Bunu tənqid edənlərə isə cavab olaraq deyirlər ki, bu, imkanı olmayan və kreditə girən insanlara aiddir, hər kəsə deyil.

Rayon və kənd yerlərində bu prosesi nizamlamaq daha asandır. Məhz kəndin ağsaqqalları bir araya gələrək belə qərarlar qəbul edir və icra edirlər.
Çünki şəhərlərlə müqayisədə orada ev sayı azdır və insanlar bu qərarlara daha asanlıqla riayət edirlər. Amma şəhər mühitində bu, daha çətin məsələdir, çünki nəzarət mexanizmi yoxdur”.

İlahiyyatçı vurğulayıb ki, əgər dövlət səviyyəsində xüsusi inzibati qərar qəbul edilsə və nəzarət mexanizmi işə düşsə, o zaman mərasim evlərinin fəaliyyətinə ciddi təsir göstərə bilər:

“Belə olarsa, ya mərasim evlərinin sayı azalacaq, ya da onlar fəaliyyət sahələrini dəyişmək məcburiyyətində qalacaqlar. Çünki yemək verilən tədbirlərdə qazanc çox olur. Təkcə çay süfrəsi ilə mərasim evlərini işlətmək mümkün deyil. Çay süfrəsi ilə həmin binanı icarəyə götürən şəxs xərclərini qarşılayıb qazanc əldə edə bilməz.

Əgər belə bir qərar qüvvəyə minərsə, yenidən çadırlar gündəmə gələ bilər və mərasim evləri artıq boşalacaq. Bu da onların maliyyə mənbələrinin xeyli azalması deməkdir. Belə bir şəraitdə sahibkarlar vergi orqanlarına müraciət edərək vergi güzəştləri tələb edə bilər. Çünki artıq əvvəlki kimi qazanc olmayacaq.

Ən azından bunun maliyyə tərəfinə baxanda çay süfrəsi ilə yemək süfrəsi arasında gəlir baxımından çox fərq var. Əgər elə bir ciddi qərar qəbul olunsa, həmin o sahibkarlar artıq vergiyə müraciət edərək vergilərin kifayət qədər azaldılmasını istəyəcəklər. Çünki artıq yeməkdən qazanılmır, nə qazanılırsa, yalnız onun vergisi veriləcək. 

Beləliklə, bu sahədə çalışan bir çox sahibkar başqa sahələrə keçməyə üstünlük verəcək. Çünki ciddi sərmayə qoyulmuş bu biznesdən gəlir əldə olunmayacaqsa, onu davam etdirmək məqsədəuyğun sayılmayacaq. Amma yenə də buna aid xüsusi bir inzibati qərar qəbul olunmasına inamım yoxdur.

Amma ümumi məqsəd israfın qarşısını almaqdırsa, bu, hərtərəfli olsa yaxşıdır. Yəni bu, təkcə yas mərasimlərinə deyil, toy mərasimlərinə də şamil olunmalıdır.

Axı insanlar toy üçün də kredit götürürlər, borca girirlər, dəbdəbəyə qaçırlar. Toy süfrələrində israf daha çoxdur. Toylarda müxtəlif növ yeməklər, içkilər, bəzək-düzək və s. Ehsan süfrələri ilə müqayisədə toy süfrələrində xərclər dəfələrlə çoxdur.

Təəssüf ki, mediada bu məsələyə yanaşmada bəzən ikili standartlar müşahidə olunur. Yas mərasimləri daha çox tənqid edilir, amma toylarla bağlı bu qədər sərt fikirlər səsləndirilmir.

Əslində, yas mərasimlərində əvvəllər sadə süfrələr qurulmasının məqsədi yemək yox, mənəvi ehtiyacların ödənməsi idi. İnsanlar mərasimə din xadiminin sözlərini eşitmək, Quran dinləmək, mənəvi söhbətlər aparmaq üçün yığışırdılar.

Yemək isə yalnız vasitə idi. Amma indi əsas məqsəd yeməyə çevrilib. Ona görə bu məsələ gündəmə gəlir. Məhz buna görə tənqid olunur.
Əgər süfrələr sadə olsa, həqiqətən də bu cür mərasimlər tənqid obyektinə çevrilməz. Yas mərasiminin əsas məqsədi mənəviyyat olmalıdır, yoxsa yemək deyil”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: ehsan süfrə qiymət Fazil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:435
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyun 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri