Icma.az
close
up
RU
“Son mənzili İstanbul olan Azərbaycanlılar” kitabı ətrafında düşüncələr

“Son mənzili İstanbul olan Azərbaycanlılar” kitabı ətrafında düşüncələr

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Adətim üzrə Türkiyə səfərindən sonra “Füyuzat.az” saytı üçün səfərin dəyərləndirməsini yazıram. Son yazım oktyabr ayındakı səfərim və səfərin ana məsələsi olan tarixçi Dilqəm Əhmədin İstanbul Konsulluğunun dəstəyi ilə nəşr edilən “Son mənzili İstanbul olan Azərbaycanlılar” kitabı ətrafında idi. Bu yazılar ətrafında tədricən bir oxucu kütləsi formalaşmağa başladı. Ənənəyə sadiq qalaraq yeni yazını da havalimanında (bu dəfə Sabiha Gökçən Havalimanı) uçuş qapılarına tələsən insanların arasında yazdım. Yazmağın möcüzəsi də elə bundadır ki, sizi kütlənin hərəkətindən ayırıb düşünmək imkanı yaradır. Qısası, bu yazı 29–30 noyabr 2024-cü il tarixlərində iştirak etdiyim “TRT World Forum 2024” ətrafında şahidi olduqlarımdan, həmçinin Türkiyə təhlilindən ibarət olacaq.
Türkiyənin son illərdə qət etdiyi inkişaf mediadan da yan ötməyib. Belə ki, Türkiyə Radio Televiziya Qurumu (bundan sonra TRT) həm infrastrukunu günün şərtlərinə görə yeniləyib, həm də başda ingilis dili olmaqla dünyanın aparıcı dillərində fəaliyyət göstərən yeni kanallar təsis edib. İngilis dilində fəaliyyətə başlayan “TRT World” kanalı bu mənada Türkiyənin dünyadakı imici nöqteyi-nəzərindən həlledici rol oynayır.
Dünyada beynəlxalq müstəvidə nüfuz qazanmaq üçün ingillis dilli medianın gücü məlumdur. Belə ki, Almaniya, Rusiya, Fransa kimi ölkələr belə səslərini dünyaya çatdırmaq üçün ingilis dilində kanallar yaradıblar. “TRT World” kanalı əvvəlcədən planlaşdırılmış bir strategiya əsasında yarandığı üçün qısa müddətdə “TRT World” tədqiqat mərkəzi kimi alt qurumlar yaradıldı. Bu qurumlarda türklərlə yanaşı başda Türk dünyası olmaqla dünyanın müxtəlif yerlərindən mütəxəssislər fəaliyyət göstərir. Mərkəzdə nəşr edilən analizlər vasitəsilə aktual məsələlərə gecikmədən münasibət göstərilir. “TRT World” bünyəsində kitablar da nəşr edilir. Belə ki, Azərbaycanın Qarabağda tarixi zəfərindən sonra ingilis dilində “The Karabakh Gambit: Responsibility for the Future” kitabı məhz “TRT World” nəzdində nəşr edilmişdir. “TRT World”ün bir digər vacib uğuru isə “TRT World Forum”un təsisi olmuşdur. Belə ki, Türkiyə böyüyən hədəflərinə müvafiq olaraq dünyada layiq olduğu yeri tutmağa çalışır. Bu məqsədlə dünyaya Türkiyədən bərabər baxmaq üçün strateji platformalar təsis etmişdir. Tədricən qlobal bir markaya çevrilən Antalya Diplomatiya Forumu da bunlardan biridir. “TRT World Forum”un doqquzuncusu 29–30 noyabr 2024-cü il tarixlərində “Qırılma nöqtəsi” başlığı altında İstanbulda baş tutdu.
“TRT World” məni də “Mərkəzi Asiya” panelinə müzakirəçi (discussant) olaraq dəvət etmişdi. Türkiyə məzunu bir elm adamı olaraq foruma dəvət olunmaq son dərəcə əhəmiyyətli bir hadisə idi. Forum üçün yola düşərkən doktorantura təhsili aldığım Sakarya şəhərinə, Sakarya Universitetinə getməyi də nəzərdə tutdum. Məlum, bu il mənim Türkiyəyə səfərimin 10-cu ilidir. Sakarya Universitetində həm bəzi müəllimlərimlə, həm də bərabər təhsil aldığımız və bu bün Türk akademiyasının gənc, parlaq elm adamlarından olan dostlarımla görüşdüm.
Ardınca forum üçün İstanbula döndüm. Forum Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə öz işinə başladı. Forumun ikinci gününün açılışında isə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı dinlədik. Forumdan çıxdıqdan sonra Analitik Təhlil Mərkəzinin direktoru həmkarım Orxan Yolçuyevlə həm qısa söhbət etmək, həm də şəkil çəkdirmək üçün Hakan Fidanla təmas qurmağa çalışdıq. Lakin mühafizə xidməti və qələbəlikdən ilk təşəbbüsümüz uğursuz oldu. Sonda mən “cənab nazir, biz Azərbaycandan gəldik” deyəndən sonra özü bizə tərəf döndü və əlimizi sıxdı.
Beləliklə, Azərbaycana qarşı türk rəsmilərdə olan münasibəti şəxsən təcrübə etmək imkanımız oldu. Çəkdirdiyimiz şəkil isə xoş bir xatirə olaraq qaldı. Aydın məsələdir ki, Azərbaycan–Türkiyə münasibətləri liderlər tərəfindən imzalanan və hər iki ölkənin parlamentində ratifikasiya edilən “Şuşa Bəyənnaməsi” ilə institutlaşdırılmışdır.
Mənim də iştirak etdiyim Mərkəzi Asiya paneli ikinci günün sonuncu paneli olaraq təşkil edildi. Panel “TRT World”ün tanınan simalarından “TRT World” rəsmisinin moderatorluğunda başladı. Mərkəzi Asiya panelində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarlar, rəsmilərlə son dərəcə əhəmiyyətli müzakirə keçirdik. Təbii olaraq, Mərkəzi Asiya müzakirəsi, əsasən, Türk Dövlətləri Təşkilatı çərçivəsində cərəyan etdi. Hər nə qədər xüsusilə Özbəkistan rəsmisi TDT-ni rəsmi Daşkənd üçün alternativlərdən biri kimi dəyərləndirsə də, TDT varlığını hiss etdirməyə başlamışdır. Daha doğrusu, artıq Mərkəzi Asiyanı dəyərləndirərkən əlimizdə TDT kimi inkişaf edən bir alternativ var.
Bununla yanaşı paneldə çıxış edən türk və əcnəbi çıxışçıların nitqlərində xüsusilə Qarabağ konteksində Azərbaycana toxunulduğunu da qeyd etməliyəm. Bu bir daha Azərbaycan xalqının prezident İlham Əliyevin liderliyində necə əhəmiyyətli bir zəfər qazandığını göstərmiş oldu. Paneldə Türk Dövlətləri Təşkilatının rəsmisi prezident İlham Əliyevin “Bizim ailəmiz Türk Dünyasıdır” ifadəsinə istinad verdi. Mən də öz çıxışımda prezident Əliyevin andiçmə mərasimində işlətdiyi bu ifadənin siyasi iradəni əks etdirdiyini söylədim. Bununla bərabər, prezidentin Bişkek sammitində “təşkilatın büdcəsinin hədəfləri reallaşdırmaq üçün kifayət etmədiyini” vurğuladığını da qeyd edərək üzv dövlətlərin öhəliklərini yerinə yetirərək büdcəyə töhfə verməli olduqlarını bildirdim. Əks halda, sadəcə tarixdən danışılmağa davam ediləcək, halbuki gələcəyi inşa etmək lazımdır.
Beləliklə, iki gün ərzində elm adamları, siyasi rəhbərlərin iştirakı ilə “Geosiyasət, müharibə və təhlükəsizlik”, “Mərkəzi Asiya”, “Siyasət və diplomatiya”, “İqlim, dəyişikliyi və enerji”, “Türkiyə”, “Texnologiya”, “Media”, “Beynəlxalq hüquq”, “İqtisadiyyat” “Asiya”, “Rusiya–Ukrayna”, “Afrika”, “Avropa”, “Yaxın Şərq” və “Mərkəzi Asiya və Qafqaz” mövzularında panellər təşkil edildi. Forum “TRT World” komandasının yüksək peşəkarlığı ilə uğurla tamamlandı.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri