Icma.az
close
up
RU
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr

Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Cahangir Məmmədli,

filologiya elmləri doktoru,

professor

Mənim çoxdan tanıdığım və yaradıcılığına bələd olduğum Fərəc Fərəcov müraciət etdiyi mövzuların hamısında bəzən birbaşa, bəzən dolayısı yolla daha çox vətəndaşlıq mövqeyindən çıxış edir. Onun publisistikası da, elmi tədqiqatları da sənət və sənətkarlığa dair nəzəri əsərləri də vətəndaşlıq, Vətənə sevgi motivləri ilə zəngindir.

Xüsusilə Azərbaycana qarşı erməni təhdidləri, Ermənistanın həm tarixən, həm müasir dövrdə Azərbaycana qarşı soyqırım faktları Fərəc müəllimin tədqiqatlarında mühüm yer tutur. Publisistin hələ 2020-ci ildə çap etdirdiyi “Yaycı soyqırımı” adlı əsəri oxucuların və xüsusilə gənc nəslin stolüstü kitabıdır. Təsadüfi deyil ki, müəllif kitabın anonsundaca bu kitabı məhz yaycılıların bu günkü övladlarına ithaf etdiyini ayrıca vurğulayır. Kitabda müəllif ermənilərin Naxçıvanda, Şamaxıda, Qubada, Bakıda, Zəngəzurda, Xocalıda törətdikləri soyqırımları çox ağır və real faktlarla oxucuya çatdırır. Bu mənada həmin kitabı böyük M.S.Ordubadinin erməni soyqırımlarına həsr etdiyi “Qanlı sənələr” əsəri ilə müqayisə etmək olar. 

Bu və ya digər əsərlərinə verilən qiymətdir ki, Fərəc Fərəcov Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalistidir, dəfələrlə Naxçıvan Ali Sovetinin deputatı seçilmişdir və s. Bütün bunların qarşısında Fərəc müəllimin yenə də vətəndaşlıq mövqeyini əks etdirən böyük bir yazıçı-şair yaradıcılığı dayanır. İndiyədək çoxsaylı kitablarında oxuculara təqdim etdiyi hekayə və povestləri, yadda qalan poeziyası ilə Fərəc müəllim özünün çoxtərəfli zəngin yaradıcılıq fəaliyyətini nümayiş etdirmişdir. İndiki anda mənim yazı masamın üstündə onun poeziyasının zəngin tematikasını, Vətənə, Qələbəmizə sevgi motivlərini ifadə edən “Qələbə misraları, yurd tərənnümü” adlı şerlər kitabı var. Kitabdakı şeirlər silsiləsinin mövzu zənginliyi diqqəti cəlb edir. Amma yenə də ilk sırada müəllifin Vətənə sevgi motivləri dayanır. Kitabın anonsunda da deyildiyi kimi, “Kitab möhtəşəm qalibiyyət şeirləri ilə açılır, Vətəni canından artıq sevən əsgərlərimizin misilsiz qəhrəmanlıqları tərənnüm edilir”. Həm də bu tərənnümdə müəllifin poetik sənətkarlığı özünü göstərir. Şeirlərin adları elə onların birbaşa mövzu dünyasını açmaqdadır: “İki dahi”, “Qarabağ qovuşdu Azərbaycana”, “Zəfər paradı”, “Şəhid anası”, “Yumruq”, “Vətən müharibəsi”, “Ordu-yurdum” və digər şeirlər həm mövzu cəhətdən, həm də müqəddəs mövzuların poetik ifadəsi cəhətdən maraq doğurur. Şerləri oxuyuruq və müəllifin Qələbəmizə, bu Qələbəni bizə yaşadanlara olan sevgisinə biz də qoşuluruq. Əsl bədii əsərin qiyməti də ondadır ki,oxucu kitabı vərəqlədikcə bütün sətirlərdə müəlliflə həmrəydir. “İki dahi” şeirində olduğu kimi. Bu əsərdə müəllif Ümummilli liderimiz Heydər Əliyevin İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsi və “Dedi inanıram ona özüm tək” deyən atanın bu inamını İlham Əliyevin bir oğul və bir Vətən sevgisilə necə sübut etdiyinə işarə olaraq:

Dahi bir atanın dilindən qopan,

Hər sözü, hər fikri tutdu dərindən.

Vətənin yükünü çəkib çiyninə,

Müzəffər əsgər tək qalxdı yerindən.

Hamımızın yaxşı bildiyimiz bu ideoloji həqiqət Fərəc müəllimin sətirlərində poetik həqiqətə çevrilir. “Qarabağ qovuşdu Azərbaycana” şeirində də Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə inamı, Qarabağ savaşına bir əsgər kimi girişi və böyük Qələbə uğrunda döyüşü hamımıza məlum olan publisistikadan poeziyaya transformasiyası ilə şeirin təsirini sübut edir. 

Fərəc Fərəcovun daha bir müqəddəs mövzusu şəhid və şəhid anası anlayışları ilə bağlıdır. 

Kitabdakı “Şəhid anası” şeiri təkcə mövzusu ilə deyil, həm də bu mövzunun poetik ifadəsi ilə hər kəsi təsirləndirir: Müəllif Vətən uğrunda canını qurban vermiş şəhidin anasına el sevgisini sonuncu sətirlərdə belə ifadə edir:

Şəhidlər ölmür, ana!

Sən şəhid anasısan.

Qəhrəman balan təkin

Ədəbi qalasısan.

Təkcə Qələbə ölkəsi Azərbaycanda deyil, bütövlükdə beynəlxalq düşüncədə Azərbaycan Prezidentinin düşmənə “Yumruq” hədəsi Fərəc müəllimin eyni adlı şerində belə qiymətləndirilir:

Yumruq birlik nişanəsi,

Yumruq sühldür, ədalətdir.

Dosta sirdaş, düşmənə dağ,

Ümidlərə sədaqətdir - sətirləri “ Dəmir yumruğ”un əsl həqiqət obrazını yaradır.

Bütövlükdə Azərbaycan torpağına sevgi dolu bu poeziya silsiləsində müəllifin doğulub boya-başa çatdığı, hər qarışını Vətən torpağının bir izi kimi tanıdığı Naxçıvana aid neçə-neçə şeirləri var. “Naxçıvanım”, “Qalam var mənim”, “Gözəllik zirvəsi”, “Naxçıvanımda”, “Culfa”, “Ordubad” kimi şeirlərin meydana gəlməsi həm də yağı düşmənin - erməninin hələ də bu torpağa dikdiyi gözünə batan ox kimi səslənir və bu yurdun heç vaxt erməniyə aid olmadığını bir daha düşmənə bildirməklə bağlıdır. Bu şeirdə müəllif düşmənə üzünü tutaraq Naxçıvanın min illəri ötən tarixini, ona göz dikənlərə qarşı bütün el-obanın - Sədərəyin, Culfanın, Şərurun, Ordubadın... tarixən necə ayağa qalxdığını çatdırır. Bu anda elə düşünmək olmaz ki, şair doğma Naxçıvanı digər doğma diyarlardan fərqli görür. Müəllifin bütöv Azərbaycana sevgisi Naxçıvandan başlayıb Göy-Göl, Qarabağ və s.yerlərə məhəbbət motivləri ilə davam edir. 

Müəllifin kitabdakı “Rübailər, dördlüklər, ikiliklər” bölməsindəki şeirləri təkcə klassikaya söykənən mövzuları ilə deyil, həm də poeziyanın klassik forma və janrına bələdçiliyinin də ifadəsidir.

Fərəc Fərəcovun kitabdakı “Doğmalar, əzizlər və həyatın çoxrəngli üzü” bölməsindəki şeirləri atasına, anasına, digər qohum-əqrabasına həsr olunub. Maraqlı orasıdır ki, şairin doğmalarına həsr etdiyi bu şeirlər, əslində milli-mənəvi dəyərlərimizin yenidən xatırlanması və bu gün yeni gəncliyin bəzən etinasızlıq etdiyi milli qaydaların nə qədər lazımlı olduğunu bir daha göstərmək məqsədi daşıyır .

“Sənə möhtacam” şeirində bir övladın anaya münasibəti, əslində, ana qayğısı yaşamış hər kəsin düşüncələridir:

Sınıq könlüm qəm yükünə calandı,

Nə tez döndün sən hicrana, ay ana?!

Sevinclərim alt-üst olub talandı,

Gəl, içimin yaraların say, ana!

Ümumiyyətlə, Fərəc Fərəcovun yaradıcılığında keçmişə nostalji hisslərin hər biri dəyişən dünyada yeni nəslə bir müraciət kimi - atanın, ananın, doğmaların, ətrafdakıların, bütövlükdə insanlığın qədrini bilmək, onları qiymətləndirmək düşüncələrinə bağlıdır. 

Fərəc müəllimin sevgi dünyası ilə bağlı da maraq doğuran şeirləri var. Bu sevgi, eşq, məhəbbət poeziyası da müəllifin şəxsi hisslərindən, şəxsi düşüncələrindən formalaşaraq hər kəsin qəlbində gənclik duyğuları yaradır. Şairin haçansa “ürəyini aça bilməməyinə” peşimançılıq hisslərini ifadə edən “Bağışla məni” şeirində olduğu kimi:

Sənə ürəyimi aça bilmədim,

Eşqimin ətrini saça bilmədim.

Bəlkə qismətimdən qaça bilmədim,

Bağışla, a gülüm, bağışla məni.

Fərəc Fərəcovun paxılları, demaqoqları, xəsisləri ifşa edib insanlığa çağıran, insanı insan olmağa səsləyən satirik şeirləri də var. “Xəsis”, “Tikanlı adam”, “Demaqoq” kimi şeirləri buna misaldır. 

Göründüyü kimi, Fərəc Fərəcov yaradıcılığı çoxşaxəlidir və bu çoxşaxəlilik müəllifin bir publisist, bir yazıçı-şair kimi həyata baxışından, dəqiq müşahidələrindən doğur. Onun ədəbi-bədii fəaliyyətinin daha dolğun elmi-publisistik ifadəsi filologiya elmləri doktoru Salidə Şərifovanın hələ beş il bundan əvvəl çap etdirdiyi “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri” adlı monoqrafiyasında öz əksini daha dolğun tapmışdır. Deməli, Fərəc müəllimin yaradıcılıq dünyası oxucularda olduğu kimi, elmi-ictimai mühitin də maraq dairəsindədir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri