“Son oyunumda göz yaşlarımı saxlamaq çətin olacaq”
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Mançester Yunayted”in futbolçusu Kazemiro klubun mətbuat xidmətinə müsahibə verib.
Futbolpress.az xəbər verir ki, komandada son aylarını keçirən yarımmüdafiəçi klubdakı durumundan danışıb:
“Azarkeşlərin sevgisini bilirəm. Bunları sözlə ifadə etmək olmur. Hər kəsə minnətdaram. İlk gündən məni tək qoymadılar, yanımda oldular.
Son oyunumda göz yaşlarımı saxlamaq çətin olacaq. Həyat yoldaşım azarkeşlərin bir il də qalmağım üçün etdikləri çağırışları eşidəndə kövrəlmişdi. Hiss edirəm ki, klubdan ayrılsam da, ömrümün sonuna qədər “Mançester Yunayted”in bir parçası olacağam”.
Kazemiro mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir.
Bu mövzuda digər xəbərlər:“Göz yaşlarımı saxlamaq çətin idi“
17 Oktyabr 2026 14:11
“Qəbələ”ni saxlamaq çətin olacaq” Füzuli Məmmədov
31 Mart 2025 10:25
Bu, Ukrayna üçün son dərəcə çətin proses olacaq
02 Dekabr 2025 17:18
NBA: Son çempiondan çətin qələbə
13 Mart 2026 10:50
Yanvarın son günləri ÜÇ BÜRC üçün çox çətin olacaq
27 Yanvar 2025 00:03
Baxış sayı:157
Bu xəbər 01 Aprel 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















