“Son qərar sabah və ya yaxın günlərdə veriləcək” Nazir
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bildiyiniz kimi, Bakıdan Qroznu şəhərinə uçan təyyarə Aktau şəhərində məcburi eniş etmək barədə qərar qəbul edib. Eniş edərkən, təyyarə hələlik bəlli olmayan səbəblərə görə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan vətəndaşlarımız, eyni zamanda Rusiya, Qırğızıstan vətəndaşları arasında ölüm halları baş verib".
Bunu Lent.az-a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə hadisə yerində 29 nəfər insanın həyatını xilas etmək mümkün olub.
"Hazırda fövqəladə hallar naziri ilə birgə Qazaxıstandan qayıdırıq. Orada Azərbaycan vətəndaşlarına və digər sərnişinlərə baş çəkdik. Cənab Prezidentin tapşırığı ilə onların vəziyyəti ilə maraqlandıq. Onların bəziləri özləri hərəkət edə bilirlər. Həkimlərin gəldiyi qənaətlə biz onları özümüzlə qaytarmamaq qərarına gəldik. Həkimlər nə zaman qərar verərsə, onlar özləri qayıdarlar. Eyni zamanda reanimasiyada olan xəstələrimiz var ki, onların da müalicəsi Qazaxıstandan olan və Azərbaycandan ezam olunmuş həkimlər tərəfindən nəzarətə götürülüb. Bu gün həlak olanların gətirilməsi ehtimalı yoxdur. Araşdırma aparılır. Son qərar sabah və ya yaxın günlərdə veriləcək. Qara qutular tapılıb. Qanunvericiliyə uyğun olaraq, onların araşdırılması aparılacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 26 Dekabr 2024 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















