Icma.az
close
up
RU
“Son turlar yaxınlaşdıqca, müəyyən stress olacaq” Rəşad Sadıqov

“Son turlar yaxınlaşdıqca, müəyyən stress olacaq” Rəşad Sadıqov

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli Premyer Liqasında 31-ci turunda “Zirə” doğma meydanda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

– İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Vacib üç xal qazandıq. Birinci hissə bizim üçün daha rahat keçirdi. 2 top fərqi ilə irəlidə idik. “Sumqayıt” haqda oyunçularımıza məlumat vermişdik. Onlara baxımlı və rəngarəng futbol oynayan komanda olduğunu demişdik. Vaqif Cavadov çox yaxşı işlər görür. İkinci hissənin əvvəlində qol buraxdıq. O qoldan sonra müəyyən stress yarandı. “Sumqayıt” irəli getməyə başladı, hücum potensialını artırdı. Biz də daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. “Sumayıt” da hesabı bərabərləşdirə bilərdi. Şükür Allaha, üçüncü qolu biz vurduq.

– Qalib gəlməsəydiz, “Qarabağ” çempion olacaqdı. Bu məqam motivasiyasınızı artırırdı? 

– Bu barədə heç düşünmürdük. Aydın məsələdir onlar çempiondur. Biz yalnız avrokuboklar haqda düşünürük. İkinci qolu buraxsaydıq da, futbolçularıma qəzəblənməyəcəkdim. Son turlar yaxınlaşdıqca, müəyyən stress olacaq.

– “Kocaelispor” yenidən Superliqaya qayıtdı. 16 il qabaq onlar son dəfə Superliqada olanda, siz də orada oynamışdız…  

– Çox sevindim. O komanda yüksək liqada oynamağa layiqdir. Azarkeşlər adına da çox sevindim. Möhtəşəm stadion tikilib. “Bursaspor”, Kocaelispor” kimi komandalara yüksək liqada oynamağa layiqdirlər.

– Ötən həftə Neftçi ilə oyunda Stefan Akaya qarşı  rəqib azarkeşlər tərəfindən irqçilik edilmişdi. Bu gün Aka oyunu tribunadan izləyirdi. Onun psixoloji və fiziki durumu nə yerdədir?

– O epizod haqda hansısa məlumatım yoxdur. Bu haqda məlumatsızam. Zədəli olduğu “Neftçi” ilə matçda dəyişmək istəyirdik. 2-3 həftə oynamayacaq. Aka çox gözəl qəlbli, xarakterli insandır. Açığı irqçi şüarları eşitməmişəm. Bəlkə bir nəfər deyib. Bunu da sırf “Neftçi” azarkeşlərinə bağlamaq olmaz.

– Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu, sizin yerlilərlə bağlı planlarınıza təsir edəcək?

– Yox, planlarımızı dəyişmir. Rəqabət olacaq. Biz DAK-la avrokub matçında səfərdə 5 yerli ilə oynamışdıq. Kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerlilərimiz var.  

– Danışıq apardığınız futbolçular var?

– Bəli, danışıq apardıqlarımız var. Danışacağımız futbolçular var. Amma çox futbolçu bizimlə davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 20 Aprel 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri