Icma.az
close
up
RU
Son zəng bu il neçə nəfər üçün səslənəcək?

Son zəng bu il neçə nəfər üçün səslənəcək?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycan məktəblərində “Son zəng” tədbirləri iyunun 13-də keçiriləcək.
Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu il ölkənin ümumi təhsil müəssisələrinin XI siniflərini təxminən 116 min şagird bitirir. Paytaxt məktəblərində isə bu il 37 222 nəfər məzun olur.
Nazirliyin təhsil müəssisələrinə göndərdiyi təlimata əsasən, “Son zəng” tədbiri 13 iyun 2026-cı il tarixində saat 09:00-da başlamalı və ən gec iki saat ərzində başa çatdırılmalıdır.
 

Tədbirdə I və XI sinif şagirdlərinin valideynləri (qəyyumları və ya himayəçiləri), təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ), asayişin qorunması üçün əvvəlcədən müəyyən edilmiş polis əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də məktəbin ictimai-sosial həyatında fəal iştirak edən valideynlər iştirak edə bilərlər.


Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış qaydalarına da xüsusi yer ayrılıb. Qeyd olunub ki, şagirdlər tədbirdə məktəbli formasında iştirak etməli, məzunların xarici görünüşü təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Bayrağının müşayiəti ilə himnin səsləndirilməsinə yol verilir.
Sənədə əsasən, tədbir zamanı dəvət olunmuş rəsmi şəxslər üçün xüsusi hazırlıq işləri aparılmamalı, masalarda yalnız içməli su yerləşdirilməlidir. Həmçinin həmin şəxslərə gül dəstələri və hədiyyələrin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi isə yalnız məktəbin daxili imkanları hesabına təşkil edilməlidir.
 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. Qurum onları məsuliyyətli davranmağa çağıraraq bildirib ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və avtomobili idarə etmək hüququna xüsusi diqqət yetirilməlidir.


Müraciətdə vurğulanıb ki, “Son zəng” tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim edilməməlidir.
Dövlət Yol Polisi xəbərdarlıq edib ki, belə halların aşkar edilməsi zamanı qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 İyun 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri