Icma.az
close
up
RU
Kasıb üçün Son zəng çalınmır, naçalnik?

Kasıb üçün Son zəng çalınmır, naçalnik?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kubra Məhərrəmova yazır...

Hər il məktəblərdəki "Son zəng" ərəfəsində mütləq bir həngamə yaşanmalıdır.

2024-25-ci tədris ilinin əsas performansını isə "Son zəng" üçün 150 manatdan yığmağı əmr edən Bakıdakı 207 saylı tam orta məktəbin direktoru Yaqut Müseyibli göstərdi. Bir neçə gün əvvəl onun "Son zəng" üçün pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini anons etdiyi səsyazısı sosial şəbəkədə yayıldı.

Amma şükür ki, xanım direktor işdən çıxarıldı. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verdi: "Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə MÜTDA-nın müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru Yaqut Müseyibli vəzifəsindən azad edilib".

Əla! Amma məsələ bir məktəb direktorunun işdən çıxarılması ilə bitməyəcək axı.

Az qala 35 ildir ki, hər il oxşar hadisələr baş verir. "Son zəng" tədbirləri bir əfi ilan olub keçir valideynlərin boğazına. Hər məktəb də özü üçün qiymət qoyur. Hətta elə məktəblər var ki, 500 manatdan pul yığırlar. Ay bala, siz "Xarıbülbül" festivalı keçirirsiniz, yoxsa "Avroviziya"? Xaricdən ulduz qonaqlar dəvət edirsiniz? Nə edirsiniz bu 500 manatla?

Və çoxu nəzərə almır ki, ölkədə minimum əməkhaqqı elə 400 manatdır. Valideynlərdən də evində xəstə olanı var, körpəsi olanı var, övladını tək böyüdəni, aliment almayanı var.

O bir dəstə adam var ki, "aliment yığışdırılsa, boşanmalar azalar" deyir ha, 246 manatla nəinki uşaq, heç bir tədbirin xərcini ödəmək olmur. Baxsınlar bir qiymətlərə.

Hələ XI sinif şagirdinin repetitor pulunu demirəm, beş müəllim arasında qalıb, yollara xərclənən məbləği demirəm. Bu yazıq uşaq günə iki bulka, bir butulka su alsa, iki-üç müəllimin yanına getsə, artıq 5 manat xərci çıxır. Bunu da vuraq 30 günə. Edəcək 150 manat. Yazıq valideyn necə eləsin? Haradan gətirsin əlavə 150 manatı məktəb direktoruna versin?

Məgər bu hadisə ancaq paytaxtdakı 207 nömrəli tam orta məktəbdə baş verir?

Adım kimi əminəm ki, hər məktəbdə var belə hadisə. İndi bu məktəbin valideynləri danışdılar, məsələ həllini tapdı. Bəs o birilər?

Sən direktordakı fironluğa bax ki, "kim pul verməsə, məktəbin qapısının ağzında oynayar" deyir. Müəllimə, bura Hindistan deyil axı, kastalara bölürsünüz uşaqları? O məktəbi də, onun həyətini də hökumət tikib. O hökumətə vergini də elə həmin uşaqların valideynləri ödəyiblər. Ora atanızın şəxsi mülkü deyil, "müəllimə"!

Bu uşaqlar sabah böyüyüb, elə bu "müəllimə"lərə görə başqalarına fırıldaq gələcək, cinayət törədəcəklər. Düşünəcəklər ki, əgər məktəbdə "rüsum" yığmaq olarsa, deməli, biz də küçədə, məhəllədə, kənddə kimlərəsə "cərimə" kəsə bilərik.

Mən hələ bəzi ali məktəblərdə baş verənlərdən danışmıram. Sən demə, hər ali məktəbin öz fotoqrafı var və məhz o fotoqraf məzunların fotolarını çəkə bilər. Kənardan fotoqraf gətirmək olmaz. Bunlar xəstədirlər, dəlidirlər, nədirlər?

Elə məktəb direktorları da var ki, ümumiyyətlə heç kimi saymırlar. Əyri işlərinə görə əmrləri verilib, bir məktəbdən çıxarılırlar, bir də görürsən, başqa məktəbə müdir təyin olundular. Allaha and olsun, biz bir dənə səhv etsək, çarmıxa çəkərlər, heç anamız meyitimizə yiyə durmaz, balamız yaxın düşməz.

Buradakı bağışlanma, əfv olunma sehrini başa düşmürəm. Ya da mən çox qəlbiqara adamam ki, böyük mərhəmət hissindən xəbərim yoxdur.

Ümumiyyətlə, bizim məktəb direktorları ayrıca fenomendirlər. Biri başında Azərbaycanın bayraqları qoyun şaqqalayır.

Biri uşaqlara "oğru" mahnıları oxutdurur "Son zəngdə".

Bir başqası 600 manatlıq hədiyyəyə "dilənçi payı" deyir. Yadınızdadırsa, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy az qala müəllimlərin başına çırpmışdı hədiyyəni.

Və bu siyahını nə qədər istəsəniz, uzatmaq olar. İndi sual yaranır ki, bəs uşaqların günahı nədir?

Niyə uşaqlar ömürlərində bir dəfə olacaq "Son zəng"də olmazın zülmə məruz qalmalıdırlar? Yoxudur bu adamın 150 manatı! Heç 50 manatı da yoxdur. Bunu başa düşmək bu qədərmi çətindir?

Yoxdur bu uşağın atası. Bəzi məktəb direktorları, bəlkə, 150 manatı bir saata xərcləyirlər, amma yuxarıda dediyim ki, bu 150 manat bir XI sinif şagirdinin bir aylıq yol, bulka xərcidir, bəlkə, heç ona da çatmır.

Görünür, bəzi məktəb direktorlarına yenidən riyaziyyat fənni keçilməlidir. Adi hesab-kitabdan xəbərləri olsun.

Hə, bir də vicdan dərsləri. Çünki bu il "Son zəng"ə buraxmayacaqları həmin o məzunların bir çoxu gələcəkdə böyük, bəlkə də, lap böyük adam olacaqlar. Onda da onlar həmin məktəb direktorlarını əzib keçəcəklər.

Uşaqlar heç nəyi unutmurlar - nə yaxşını, nə də pisi. Ələlxüsus, məktəb illərini.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see382

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see315

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see299

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see278

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see275

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see270

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see268

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see235

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see219

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see210

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see203

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see200

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see196

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see193

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see192

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see186

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see186

“Meydanda pul rol oynamır” Fərid Namazov

29 Avqust 2026 23:19see184

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see171

Rusiyada miqrantlara qarşı əməliyyat Yeni texnologiya tətbiq olundu

29 Avqust 2026 23:28see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri