Icma.az
close
up
RU
Sonqmi və Xocalı!

Sonqmi və Xocalı!

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mayın 7-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam və xanımı No Fon Li Vyetnam rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Vyetnam xalqı haqqında nə bilirik! 

1973-cü ildə Amerika Vyetnam müharibəsində "atəşkəsin əldə olunmasındakı fəaliyyətlərinə görə" ABŞ Dövlət katibi Henri Kissincer və Vyetnamın Dövlət xadimi Le Dık Txo Sülh üzrə Nobel mükafatına layiq görüldülər. Le Dık Txo ədalətli Sülhün əldə olunmamasını əsas götürərək mükafatdan imtina etmişdir.

Görkəmli filosof, professor Əbülhəsən Abbasovun xatirələrindən: 

"Ali məktəbdə (rus bölməsində) vyetnamlılarla beş il bir yerdə oxumuşam. İki qrupdan ibarət “potok”da 18 vyetnamlı vardı, hamısı da, istisnasız, universiteti əla diplomla bitirdi. Çox məsuliyyətli, doğruçu, zəhmətsevər, maddiyyata münasibətdə azla qane olan, intizamlı, səmimi, habelə, olduqca qürurlu-məqrur, mərd və cəsarətli tələbələr idi. Haramı, yalanı, riyakarlığı sevməzdilər, ədaləti-haqqı pozmaqdan çəkinərdilər, layiq olduqlarından əlavə nəyəsə sahiblənməyə can atmazdılar, əksinə, yerindəcə etiraz edərdilər. Yadımdadır, dördüncü kursda ən çətin fənnlərdən olan “riyazi fizika tənlikləri”indən imtahan verirdik, nəsə, indiyə qədər güclü tələbə kimi tanınan Tyen imtahana çox yorğun-solğun gəlmişdi və sualları özünə layiq səviyyədə cavablandıra bilmədi. Allah ona rəhmət eləsin, olduqca yüksək elmi və pedaqoji kamilliyə sahib olan, ciddi tələbkarlığı ilə fərqlənən Niyaz müəllim Məmmədovun Tyenə “yaxşı” yazmağa əli gəlmədi. Heç bir şərh vermədən Tyenə “əla” yazmaq istədi, çünki tələbəni gözəl tanıyırdı və düzgün də qiymətləndirirdi. Lakin vyetnamlı gəncin özü buna etiraz etdi və imkan vermədi. Bu hərəkətin zirvəsindən mən indi də təkcə bir fərdin keyfiyyətini deyil, bütün vyetnamlıların mahiyyətini nəzərdən keçirir, böyük bir xalqın qəsbkarlara, işğalçılara, azğın imperializmin səlib yürüşünə qarşı örnək olası mübarizəsini dəyərləndirirəm.

Potokun rəhbəri kimi mən onlarla daha çox ünsiyyətdə olurdum, asudə vaxtlarda birgə oturub-durur, müxtəlif aktual məsələlər barədə söhbətlər aparırdıq. Bir sözlə, gözəl münasibətlərimiz vardı. Ona görə də bu tələbə yoldaşlarımı yaxşı tanıyırdım. Tanıyaraq da onlara məxsus keyfiyyətlərə heyran qalırdım, açığını deyim, hətta qibtə edirdim. Ürəyimdə “bizim uşaqlar da belə fədakar və əzmkar olsalar, nə dərd” deyirdim. Mən özüm bu vyetnamlı dostlarımdan çox şey öyrənməyə çalışdım, ancaq az şey mənimsədim. Buna da təəssüflənirəm.

Vyetnamlı tələbə dostlarım böyük maddi sıxıntı içərisində yaşayırdılar, ciddi qənaət etmək məcburiyyətində idilər, Azərbaycana gəldikləri altı il ərzində (bir il rus dilini öyrənmək üçün hazırlıq kurslarını keçmiş və beş il bilavasitə ali təhsil almışlar) bir dəfə də olsun vətənlərinə qayıda bilməmiş, yalnız universiteti bitirdikdən sonra doğmaları ilə görüşmək onlara nəsib olmuşdu – ölkələrində ağır müharibə gedirdi, vyetnam xalqı ABŞ kimi supergüclü dövlətin amansız işğalçı hərbi maşınına qarşı ölüm-dirim mübarizəsi aparır, bütün dünyanı heyran edən şücaət və qəhrəmanlıq göstərirdi"..

ABŞ -Vyetnam müharibəsi 

ABŞ-ın onilliklər boyunca ayrı-ayrı xalqlara qarşı apardığı müharibələrin fonunda Vyetnam müharibəsi tədricən kölgəyə gedir. Lakin, buna baxmayaraq, milli özünüdərkin və vətənpərvərliyin hətta ən müasir silahlarla hücum edən güclü düşmənin üzərində qələbə çalmasının parlaq nümunəsi olaraq qalır. Vyetnam müharibəsi müasir hərb tarixində ən uzunmüddətli hərbi toqquşma olmuş, təxminən 20 il davam etmişdir: 1955-ci ilin 1 noyabrından Sayqonun çöküşünə, 30 aprel 1975-ci ilə kimi. 1964-1975-ci illər bu qanlı-qadalı müharibənin xüsusi mərhələsini təşkil edir. Yalnız 1968-ci ilin mayında amerikalıların itkisi 2415 nəfər olmuşdur. Bu nisbətdə, özünüz fikirləşin, gecə-gündüz başlarına bombalar yağdırılan vyetnamlıların itkisi nə qədər olmuşdur!?

Ümumi götürdükdə, bu müharibədə 58 200 ABŞ hərbçisi həlak olmuş, 304 min nəfər isə yaralanmışdır. 1875 amerikalı itkin düşmüşdür. Həlak olanlardan 11465 əsgərin yaşı 20-yə çatmamışdı. 1995-ci ilin avqustuna ABŞ-ın Vyetnam müharibəsi veteranlarının sayı, öz hesablamalarına görə, 1 713 823 nəfər olmuşdur.

Vyetnamlı mülki əhalinin itkisi bu günə qədər dəqiq məlum deyil, təqribi hesablamalara əsasən ölənlərin sayı 5 milyondan çoxdur. Müharibə Kambodja və Laosda da itkilərə səbəb olmuş, böyük sayda dinc əhali qırılmışdır ki, bu barədə də dəqiq məlumat yoxdur. Bir sıra müəlliflərin fikrincə, bu ölkələrdə həlak olanların sayı yüz minlərlə ölçülə bilər.

Sonqmi və Xocalı

Vyetnam müharibəsi gedişində ABŞ hələ 1925-ci ildə hərbi məqsədlər üçün qadağan olunmuş “Agent Oranc” adlı kimyəvi maddədən istifadə etmişdir ki, yalnız onun təsirindən 400 min vyetnamlı dünyasını dəyişmişdir. Ümumiyyətlə, amerikanlar vyetnamlılara qarşı müharibədə alışdırıcı vasitələrdən, kimyəvi və bioloji silahdan geniş istifadə etmişlər. İmperializmin önundə gedən ABŞ-ın demokratiyası və humanizmi, görünür, buna tam imkan verirmiş!

Bu “humanist”lər görünməmiş demokratikliklə 16 mart 1968-ci ildə Vyetnamın Sonqmi adlı kəndini tamamilə məhv etmiş, 504 nəfəri, böyüklü-kiçikli, xüsusi qəddarlıqla öldürmüşlər. Bu hərbi cinayətə görə vur-tut bir adam mühakimə edilmiş, o da üç gündən sonra prezident Riçard Niksonun personal fərmanı ilə azadlığa buraxılmışdır.

Belə bir cəsur xalqla əlaqələrin möhkəmlənməsi qürurvericidir!

Fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Məclisinin VI çağırış deputatı 

Etibar Əliyev 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 May 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri