Sonuncu kurs tələbələrinin NƏZƏRİNƏ: Son müraciət tarixi...
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri üçün nəzərdə tutulmuş “Start” Karyera Akselerasiya Proqramının icrasına başlanır.
Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, proqramın əsas məqsədi tələbələrin əmək bazarına daha sürətli, məqsədyönlü və dayanıqlı inteqrasiyasını təmin etmək, onların praktiki bacarıqlarını gücləndirməklə ilk iş təcrübəsinə keçidini asanlaşdırmaqdır.
4 ay davam edəcək intensiv proqram çərçivəsində iştirakçılara:
təcrübə yönümlü karyera planlaşdırılması və yumşaq bacarıqlar üzrə təlimlər,
fərdi mentorluq sessiyaları,
real iş mühitini əks etdirən simulyasiyalar və tətbiqi tapşırıqlar,
işəgötürənlərlə birbaşa ünsiyyət və şəbəkələşmə imkanları təqdim olunacaq.
Proqrama ümumilikdə 30 tələbənin cəlb edilməsi nəzərdə tutulur.
Proqramın sonunda iştirakçıların:
uyğun işəgötürənlərə yönləndirilmələri,
təcrübə və ilkin məşğulluq imkanlarına cəlb olunmaları,
gələcək vakansiyalar üzrə potensial kadr ehtiyatı kimi formalaşdırılmaları planlaşdırılır.
Qeyd edək ki, proqram intensiv xarakter daşıyır və iştirakçılardan müntəzəm davamiyyət, aktiv öyrənmə və yüksək məsuliyyət tələb olunur.
“Start” Karyera Akselerasiya Proqramında iştirak etmək istəyən sonuncu kurs tələbələri qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərlər.
https://survey.sosial.gov.az/index.php/891151?lang=az
Son müraciət tarixi 19 mart 2026-cı ildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Fevral 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















