Icma.az
close
up
RU
Sonunda Ankara İrəvanı sülh sazişinə inandıra biləcək Professor Hasan Ünal

Sonunda Ankara İrəvanı sülh sazişinə inandıra biləcək Professor Hasan Ünal

Icma.az bildirir, Sherg.az portalına istinadən.

"Türkiyənin sərhədləri açması Ermənistan iqtisadiyyatına çox müsbət təsir edəcək. Bunu Ermənistan tərəfi də bilir"


"Bölgəni əhatə edən üç böyük dövlətə:Türkiyə, Rusiya və İrana nəzər saldıqda, bölgədəki sabitliyi pozmaq və ya pozmağa çalışmaq onların da marağında deyil. Ona görə də hesab edirəm ki, ümumi mənada regionda sabitlik davam edəcək"


"Burada Qərb dövlətlərinin, xüsusən də Amerika və Fransadakı erməni lobbilərinin fəaliyyəti diqqətlə izlənilməlidir, lakin Qərb dövlətlərinin burada sabitliyini pozacaq təşəbbüslər göstərə bilməsi də mümkün deyil"



Yeni dünya nizamı qurulmaqda davam edir. Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi, Ukrayna-Rusiya arasında mübarizənin davam etməsi, Qərbin apardığı siyasət yeni məsələlərin ortaya çıxmasına səbəb olur. Beynəlxalq güclərin siyasi mübarizəsinə şahidlik edən dövlətlərlərdən bəziləri isə bu aktorların əli altında əzilməkdə davam edir. 

Qərb və Rusiya arasındakı ideoloji ziddiyyət isə yeni münaqişələrin yaranmasına gətirib çıxara bilər. Bu hadisələrin fonunda gələcəkdə baş verə biləcək qarşıdurmaların dünya nizamında daha çox dəyişikliklərə yol açması gözlənilir.


Mövzu ilə bağlı türkiyəli siyasi şərhçi, Maltəpə Universitetinin professoru Hasan Ünal Sherg.az-a danışıb:


-Qərb dünyası və ya Rusiya Cənubi Qafqazı böyük münaqişə zonasına çevirə bilərmi?

-Hesab edirəm ki, bu iki ehtimal da hazırda çox zəifdir. Rusiya artıq Ukraynada Qərb dünyası ilə çox ciddi mübarizə aparır. Belə bir mübarizədə olduqları halda, Qafqazda qarışıqlıq salmaq onların xeyrinə olmazdı. Həmçinin, Türkiyə ilə münasibətlərdə də yüksəliş və eniş yaşasa da, ümumiyyətlə münasibətlər yaxşıdır. 


-Rusiya, NATO üzvü olan Türkiyə ilə münasibətləri davam etdirmək üçün nə kimi strateji addımlar atmağı nəzərdə tutur? Bu, onun regiondakı sabitliklə bağlı maraqlarına necə təsir edəcək?

-NATO üzvü olan Türkiyə kimi böyük bir ölkə ilə münasibətləri davam etdirmək Rusiyanın da marağındadır. Ona görə də hesab edirəm ki, Rusiyanın Ermənistana dəstək verməsi və ya Azərbaycana qarşı nəsə etməsi və bununla da regionda xaos yaratması gözlənilmir. 

Rusiya da regionda sabitliyin olmasını istəyir. Digər tərəfdən, Rusiya da Gürcüstanla münasibətlərini yaxşılaşdırmağa çalışır. Gürcüstanın indiki hakimiyyəti də buna çox uyğundur. Yalnız Paşinyan və Ermənistan hökuməti qalıb. Onların da Rusiya ilə münasibətlərini normallaşdırmaqdan başqa çarəsi yoxdur. 


-Trampın Cənubi Qafqazla bağlı siyasəti, regionda mövcud olan gərginliklərə necə təsir edə bilər?

-Trampın gündəmində Cənubi Qafqazdan başqa mövzu yoxdur. Amerikanın bu regionu böyük münaqişə zonasına çevirməsi ehtimalı demək olar ki, sıfıra bərabərdir. Ola bilsin ki, Avropa dövlətləri Gürcüstanda qarışıqlıq salmaq istəyirlər. Bunu sınadılar, lakin uğursuz oldular. Hesab edirəm ki, indi avropalıların Trampın dövründə təkbaşına bu cür istismarlara əl atmaq şansları çox zəifdir.


- Zəngəzur dəhlizi məsələsində Rusiya və Türkiyənin mövqeləri necə uzlaşır? 

- Hesab edirəm ki, bu məsələdə irəliləyiş əldə olunacaq. Rusiya bu məsələdə tamamilə Azərbaycanın tərəfindədir və 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin mətninə uyğun olaraq tədbir görülməsini istəyir. Türkiyə bu dəhlizin açılmasını tələb edir. 


- İranın bu məsələyə müdaxiləsi, regionda sabitlik baxımından nə cür təsir göstərə bilər?

-Əvvəlki hakimiyyət dövründə İran, dəhlizin açılmasının qarşısını almaq üçün Ermənistana dəstək verirdi. Amma bu dəstək yalnız siyasi idi. İndi düşünmürəm ki, Pezeşkiyan hökuməti belə bir iş görəcək. Digər tərəfdən, İranın bu məsələdə Azərbaycana qarşı güc tətbiq etməsi ehtimalı sıfıra bərabərdir. Çünki bu, Türkiyə ilə İran arasında birbaşa müharibə deməkdir. Belə olan halda İsrail və Amerika İrana zərbə endirəcək. Nəticədə İranda rejim sona çatacaq. 


-İran necə mövqe tutacaq?

-İranın bu işə çox qarışacağını düşünmürəm. Ona görə də hesab edirəm ki, bu iş artıq başa çatıb. 


-Zəngəzur dəhlizinin açılması və Laçın dəhlizinin vəziyyəti arasında hansı əlaqələr mövcuddur? Ermənistanın daxili mübarizəsi bu məsələlərin həllinə necə təsir göstərə bilər?

-Biz ancaq Ermənistan daxilində gedən mübarizəni izləyirik. Bəziləri deyir ki, Laçın dəhlizi olacaq, ona görə də Zəngəzur dəhlizi də ona görə açılacaq. Qarabağda erməni qalmayıb. Ona görə də Laçın dəhlizi mənasını itirdi. Bunu deyənlər onsuz Ermənistanın Azərbaycanla sülh danışıqlarına getməsini istəmirlər. Bunların çox təsirli olacağını düşünmürəm.


-Türkiyənin bölgədəki mövqeyi regionda sabitlik və əməkdaşlıq üçün hansı imkanlar yaradır? Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinin iqtisadi təsirləri nə olacaq?

-Türkiyənin bölgədə baş verənlərlə bağlı mövqeyi Azərbaycana hərtərəfli dəstək vermək, Gürcüstanla artıq mövcud olan yaxşı münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək, Ermənistanı sülh sazişinə inandırmaq üçün hər cür səy göstərməkdir. Türkiyənin Ermənistana qarşı pis niyyəti yoxdur. Türkiyənin sərhədləri açması Ermənistan iqtisadiyyatına çox müsbət təsir edəcək. Bunu Ermənistan tərəfi də bilir. 


-Regiondakı vəziyyət bundan sonra necə formalaşacaq?

-Hesab edirəm ki, regionda vəziyyət stabil şəkildə davam edəcək. Çünki regionda sabitliyin pozulması heç bir dövlətin marağında deyil. Məsələn, region ölkələrinin heç biri, yəni Azərbaycan, Gürcüstan və Ermənistan regionun sabitliyinin pozulmasından faydalana bilməyəcək. Bölgəni əhatə edən üç böyük dövlətə:Türkiyə, Rusiya və İrana nəzər saldıqda, bölgədəki sabitliyi pozmaq və ya pozmağa çalışmaq onların da marağında deyil. Ona görə də hesab edirəm ki, ümumi mənada regionda sabitlik davam edəcək. Burada Qərb dövlətlərinin, xüsusən də Amerika və Fransadakı erməni lobbilərinin fəaliyyəti diqqətlə izlənilməlidir, lakin Qərb dövlətlərinin xüsusilə burada Avropanın sabitliyini pozacaq təşəbbüslər göstərə bilməsi mümkün deyil. Fransa kimi erməni lobbilərinin mövcud olduğu ölkələrdə zaman-zaman bəzi absurd cəhdlər ola bilər.  Bunların da heç bir strateji dəyəri yoxdur. Amerika nöqteyi-nəzərindən isə hamımız görürük ki, Trampın Cənubi Qafqazla bağlı heç bir gündəmi yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see141

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see132

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see126

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri