Icma.az
close
up
RU
“Soruşdum ki, bu nə rəzalətdir, bu nə görkəmdir?!” Anar İbrahimovdan SENSASİON YAZI

“Soruşdum ki, bu nə rəzalətdir, bu nə görkəmdir?!” Anar İbrahimovdan SENSASİON YAZI

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Bu mövzuda yazmaq istəməzdim, amma bəzən susmaq da olmur. İndiki dövrdə heç kimin işini itirməsini, çörəksiz qalmasını arzulamaram. Lakin dövlətçiliklə hansısa fərdlərin maraqları arasında seçim etmək məqamı gələndə, hər bir normal və vicdanlı vətəndaş dövlətin yanında olmalıdır.

"Yeni Sabah" xəbər verir ki, bunu 5 oktyabr 2023-cü ildən 26 sentyabr 2024-cü ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr səlahiyyətlərini icra edən Anar İbrahimov bildirib. 

"​Naxçıvandakı nümayəndəliyin əməkdaşlarının işdən uzaqlaşdırılması xəbərini elə təqdim edirlər ki, sanki hərəsi öz sahəsində bir Nobel mükafatı alıb, fantastik nəticələr əldə edib, qurub-yaradıb... Sadəcə biz – Naxçıvan camaatı o qədər kor-koranə yaşamışıq ki, bu "dahilərin" qədrini bilməmişik, fərqinə varmamışıq. Dördpendirli pizza

​Birincisi, bunları ordan-burdan yığıb Naxçıvana gətirən keçmiş nümayəndə haqqında cənab Prezident öz sözünü qəti şəkildə deyib. Kimə çatmayıbsa, buyurub həmin müsahibəyə bir daha baxsın. Hələ media və kuluarlarda dolaşan cinayət işlərini, digər ciddi məsələləri demirəm.

​İkincisi, bu "kadrların" seçimi də başından problemli idi. Onların Naxçıvana göndərilməsində dövlətçilik və meritokratik prinsiplər deyil, "Şölə xanımın" şəxsi siyahısı rol oynamışdı. Maraqlananlar gedib o xanımdan soruşsunlar ki, görək bu kadrları hansı meyar və göstəricilərə görə seçib bura doldurmuşdu?

​Naxçıvan qədim diyardır, çox sınaqlardan keçib, amma bu qədər traqikomik idarəetmə təcrübəsi görməmişdi. Bunları demək çətindir, amma susmaq da günahdır" - Anar İbrahimov qeyd edib.

​"Yaxşı xatırlayıram, Ali Məclisə qısa müddət rəhbərlik etdiyim dövrdə bir gün foyedə, Ulu Öndərin büstünün qarşısında yay şortunda və şapşaplarla gəzən birini gördüm. Saxlayıb soruşdum ki, bu nə rəzalətdir, bu nə görkəmdir?! Bura dövlət idarəsidir, parlamentdir! Hər şeyi bir kənara qoyaq, bu binada Heydər Əliyev işləyib, Naxçıvanı qoruyub, camaat buranı özünə ümid yeri bilib.

​Məlum oldu ki, həmin şəxs Səlahiyyətli Nümayəndəliyin əməkdaşıdır. Amma bu sözlər onun üçün tamamilə boş və mənasız görünürdü. Zatən bunu dərk etsəydi, həmin licimdə dövlət binasına ayaq qoymazdı.

​Dövlətdə işləmək, insanlarla təmasda olmaq üçün gərək müəyyən bir məktəb keçəsən, yol gələsən. Ən əsası, işlədiyin yeri, yurdu özünə müvəqqəti qazanc və əyləncə yeri yox, Vətən biləsən!

​Ceyhun müəllimin işi isə həqiqətən çox ağırdır. O da Naxçıvanda həmin "dahilərlə" birgə işlədiyi üçün vəziyyəti daxildən yaxşı bilir. Amma nəyin bahasına olursa-olsun, kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!

​Kökü xarab olan, quruyan ağacı budamazlar – bunun heç bir xeyri yoxdur, bütün budaqları onsuz da eyni gündədir. Belə ağacı ən yaxşısı elə dibindən kəsib atmaqdır" - sabiq məmur əlavə edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyul 2026 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri