Icma.az
close
up
RU
Siyasi rəmzlər Politoloqdan SENSASİON YAZI

Siyasi rəmzlər Politoloqdan SENSASİON YAZI

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Bütün dövrlərdə jest və rəmzlərin siyasətdə böyük rolu olub. Böyük siyasətçilər antik dövrdən etibarən informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrə qədər rəmz və jestlərin imkanlarından faydalanıblar. Bəzən rəmzlərin emosional təsir effekti və onların praktik faydalılığı “soyuq” diplomatik ünsiyyət tərzi ilə müqayisədə daha üstün olur. Rəmzlər hədəflərə nail olmaq prosesində tərəflər arasında etibar və güvən yaradır, habelə aparılan siyasətə kütlənin dəstəyini qazandırır.

Bəli, bəzən onların təsir effekti müvəqqəti olur, ancaq hətta bu məhdud zaman belə hədəflərə çatmaq üçün kifayət edir. Ona görə də beynəlxalq hüquq və protokolların mövcudluğuna baxmayaraq vaxtaşırı şəkildə ona şahidlik edirik ki, cəmi bir neçə jest və ya rəmzin sayəsində siyasətdə böyük məsələlər öz həllini tapmış olur. Əlbəttə ki, rəmz və jestlərin istifadəsi siyasətçidən cəsarət və peşəkarlıq tələb edir. Bu cür siyasətin fonunda ucuz demaqogiya şedevr əsərin yanında dayanan rəngi qopub tökülmüş, solğun, dəyərsiz və müqayisədə təbəssümə səbəb olan reproduksiyaya bənzəyir.

Məhz siyasi jest və rəmzlər kontekstində sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar təşkil olunmuş rəsmi qəbul zamanı ABŞ Prezidenti ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında baş vermiş kiçik, ancaq olduqca böyük rəmzi mənaya malik dialoqdan bəhs etmək istərdik. Kiçik rəmzlər arxasında böyük mənalar gizlənir. Rəmzlər eyni zamanda həqiqəti görməyi də mümkün verir.

Xatırladaq ki, sözügedən tədbirdə Prezident İlham Əliyev ilə yanaşı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmişdir. Belə ki, ABŞ Prezidenti Donald Trampın cəmi bir neçə dəqiqə davam edən qısa çıxışında Prezident İlham Əliyevə xitabən növbəti ifadələr öz əksini tapmışdır: “təşəkkür edirəm”, “dostum”, “dost qazandım”, “buna cəsarət lazım idi”, “fəxr edirəm” və “gözəl insansınız”. Hamımız vətəndaşı olduğumuz Azərbaycanının rəhbəri olan Prezident İlham Əliyevin ünvanına deyilən bu cür sözlər sanki hər birimizin ünvanına dünyanın bir nömrəli dövlətinin rəhbəri tərəfindən deyilmiş unudulmaz kompliment kimi dəyərləndirilməlidir.

Əlbəttə ki, bu cür tarixi anlar unudulmazdır və bu nailiyyətlər dövlətçiliyimizin inkişafı, habelə gələcək nəsillərin rifahı naminə mütləq olaraq istifadə olunmalıdır. Ümid edirik ki, Azərbaycanın müasir tarixi ilə məşğul olanlar təkcə sitatlarının qeyd olunması ilə öz işlərini yerinə yetirmiş hesab etməyəcəklər. Bu cür tarixi anlar və uğurlar mütləq şəkildə müxtəlif elmi işlərin predmtinə çevrilməlidir. Məhz bu cür nailiyyətlər sayəsində Azərbaycan xalqının bir parçası olduğu üçün hər bir vətəndaşımız  daim fəxr hissi yaşayacaq, bu ülvi hislər isə hər birimizi daha böyük uğurlar naminə mübariz olmağa sövq edəcəkdir. İnkişafı və ideoloji vahidliyi istəməyənlər isə bütün zamanlarda hər vəchlə istənilən nailiyyəti ucuzlaşdırmağa çalışacaqlar.

Prezident Donald Tramp öz çıxışında ötən münaqişə dövrünü xarakterizə edən zaman “Bütün bu illər ərzində buna cəsarət lazım idi” fikrini səsləndirmişdir. Xüsusi olaraq ona diqqət yetirilməlidir ki, Donald Tramp Prezident İlham Əliyevin mövcud istiqamətdə apardığı siyasəti xarakterizə etmək üçün məhz “cəsarət” sözündən istifadə etmişdir. Bu ifadə onun etirafıdır ki, milli maraqlar naminə dövlət başçısı bəzən hətta beynəlxalq ictimai rəyə qarşı gedib və heç bir təzyiqə məhəl qoymayıb. Məhz bu cür keyfiyyətlər və nümayiş olunan bu cür prinsipiallıq ABŞ kimi dövlətin rəhbərini vadar edib ki, Prezident İlham Əliyevi Böyük Lider adlandırsın. Bəli, bütün təzyiq və manipulyasiyalara rəğmən “Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq” kimi sərt bəyanatların çəkinmədən səsləndirilməsi üçün məhz cəsarət tələb olunur.

Biz ona da dəfələrlə şahidlik etmişik ki, dövlət başçısı bütün dövrlərdə ucuz populizmdən qaçıb və bu yanaşmanı hətta tənqid edib. Səsləndirilən qərəzli tənqidlərə isə konkret nəticə və böyük nailiyyətlər ilə cavab verilib. Unutmayaq ki, peşəkarlıq və məsuliyyət hissi populizmi sevməz, populizm yalnız anlıq siyasi divident qazanmaq uğrunda aparılan çirkli mübarizənin ətrafında dolaşar. Prezident İlham Əliyevin növbəti sözləri isə: “Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”, – sadəcə cəsarətin təzahürü deyil, onlar müəyyən olunmuş strategiyaya və milli maraqlara sadiqliyin göstəricisidir.

Asif Adil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see199

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see190

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see169

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see158

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see136

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see134

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see133

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see131

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see130

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see130

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see125

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see125

Liqa 1: “Renn” səfərdə “Paris”dən üstün oldu VİDEO

08 Noyabr 2025 02:22see122

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see121

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri