Icma.az
close
up
RU
Təxribatları qabaqlayan mesaj Politoloqdan SENSASİON YAZI

Təxribatları qabaqlayan mesaj Politoloqdan SENSASİON YAZI

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ötən illər ərzində yığılmış təcrübəni və Prezident İlham Əliyevin siyasətçi kimi şəxsi keyfiyyətlərini nəzərə alaraq tərəddüd etmədən hamımız deyə bilərik ki, dövlət başçısının siyasi ritorikasında rast gəldiyimiz bütün fikirlərin konkret məqsəd və təyinatı var.

Təsadüfi və ya hər-hansı bir hadisənin təsiri altında heç bir fikir səsləndirilmir. Yalnız müəyyən müddət keçəndən sonra və bəzi hadisələrə bilavasitə özümüz şahidlik edəndən sonra biz Prezident tərəfindən zamanında verilmiş bu və ya digər konkret mesajın əsl səbəb, təyinat və məqsədini anlaya bilirik.

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsi də mühüm siyasi mesajlar ilə kifayət qədər zəngindir. Bəli, “informasiya maşını” durmadan çalışır, müsahibənin mətni tirajlanır, televiziya kanallarında verilişlər çəkilir, ekspert və politoloqlarımız isə öz şərhlərini verirlər. Ümumiyyətlə qeyd olunmalıdır ki, 44 günlük müharibə bizim mətbuatımızı çevikliyə alışdırıb və bu hal olduqca təqdirəlayiqdir. Bütün bunlara rəğmən nəzarətsiz sosial şəbəkələrin iş alqoritmi sayəsində biz dəfələrlə ona şahidlik etmişik ki, verilən mesajların siyasi vurğuları təhrif olunur və ictimaiyyətin diqqəti yanlış vurğuların üzərinə fokuslanır. Şübhəsiz ki, qərəzli və yanlış interpretasiyaların yayılması məsələsində psevdodemokrat, demaqoq və siyasi şoumenlər qabaqcıl mövqeyə malikdirlər.

Bu mənada Prezident İlham Əliyev tərəfindən sözügedən müsahibədə diqqət edəcəyimiz fikirlərin səsləndirilməsi heç də təsadüfi deyil:

“2020-ci il müharibəsi bizim qələbəmizlə başa çatsa da, Azərbaycanda hələ də intiqam tələb edən insanlar var idi. Amma mən o vaxt xalqımıza müraciət edərək demişdim ki, biz intiqamı döyüş meydanında aldıq. Biz onların bizə etdiklərini etməyəcəyik, çünki onların bizə qarşı törətdikləri müharibə cinayətləri idi.”

Bəli, bu mesajın da öz konkret ünvan və ya ünvanları var.  

Əlbəttə ki, qlobal dəyişikliklər fonunda beynəlxalq nüfuzu artan və müstəqil siyasət aparacaq qədər gücə sahib olan ölkənin düşmənləri də olacaq. Sözügedən təsbit siyasi aksiomdur. Odur ki, Azərbaycanın və ümumiyyətlə bütün regionun inkişafında maraqlı olmayan dövlətlər üçün ölkəmizdə yaşanan siyasi sabitliyin pozulması hər zaman geostrateji məqsəd olacaqdır. Coğrafiyamızdan qaça bilmədiyimiz kimi, bu cür reallıqları da inkar edə bilmərik. Məhz elə buna görə də xalq və cəmiyyət olaraq həmrəyliyimizi hər zaman qorumalı, habelə istənilən təxribatlara hazır olmalıyıq. Odur ki, ölkəmizə düşmən gözü ilə baxan dövlətlər daim daxili təxribatlara yol açan mövzuların axtarışında olacaqlar.

Məhz mövcud kontekstdə onların bu çirkin işlərində maşa kimi istifadə olunan bizim radikallarımız yada düşür. Onların adı “təklif”, “inkişaf”, “rifah”, “birlik”, “həmrəylik” kimi məfhumlar ilə bir arada qeyd olunmur. Təəssüf ki, radikal təfəkkür yalnız “ixtilaf”, “qalmaqal”, “deqradasiya”, “iğtişaş” və digər bu kimi anlayışlar ilə yanaşı yada salınır.

Ucuz demaqogiyanın əsas silahı emosional manipulyasiyalardır. Məhz buna görə də böyük ehtimal ilə təxribat xarakterli situasiyaların yaradılması üçün daim xalqın emosional duyğularından istifadə ediləcəkdir. Adekvatlıq, rasionallıq və perspektivliyini itirmiş radikal siyasətin tək ümidi emosional gərginlik fonunda manipulyasiyalar aparılmasıdır. Əslində heç də bizə çox uzaq olmayan keçmişdə buna dəfələrlə şahidlik etmişdik. Ancaq məkrli niyyətlilər cəmiyyətimizdə yaşanan həmrəyliyin qarşısında hər zaman məyus olub. Buna rəğmən onlar siyasətdən getməyib, əksinə daha böyük xainliklərə cılız imzalarını atıblar. Odur ki, Prezident İlham Əliyevin sözügedən mesajını nəzərə alaraq, böyük ehtimal ki, kuratorları tərəfindən yazılmış təlimat vərəqəsi əsasında bizim yaramazlarımızın növbəti informasiya təxribatlarının əsas mövzusu məhz “birgəyaşayış” məsələsi olacaqdır.  

Prezident İlham Əliyev “biz intiqamı döyüş meydanında aldıq” ifadəsini səsləndirməklə əslində məsələ ilə bağlı dövlətin rəsmi mövqeyini bildirmiş və bununla da gələcəkdə mövcud istiqamətdə aparıla biləcək bütün qərəzli təxribatların qarşısını almış oldu. Yaramazların kuratorları unutmasınlar ki, hətta Avropada multikulturalizm ideyası böhran dövrünü yaşayan zaman belə bizim dövlətimiz bütün dünyada birgəyaşayışı tərənnüm edən multikultural dəyərləri təbliğ edirdi. Demək, dövlət başçısı növbəti dəfə öz xəbərdarlığını etdi.

Asif Adil

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri